Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ağcabədi-Yevlax yolu zibilxanaya dönüb-FOTOLAR
Ağcabədi-Yevlax yolu zibilxanaya dönüb-FOTOLAR
08 Dekabr 2015 / 13:06 / Baxış sayı: 374
Font1 Font2 Font3 Font4

İki ildir təmirə dayanmış onlarla kəndi birləşdirən hərbi yola sahib çıxan yoxdur

Ağcabədi rayonu ilə Yevlax arasında olduqca starteji əhəmiyyət daşıyan, onlarla kəndi birləşdirən, ən əsası isə hərbi məqsədlər üçün istifadə edildiyi yolun aqibəti hamını təəccüb içində qoyub. JAM.AZ xəbər verir ki, dövlət əhəmiyyəti daşıyan bu yolun yaxınlığında iri zibilxana olsa da, yolun özü zibilliyə çevrilib.

Bildirək ki, Ağcabədi-Yevlax yolunun toplam 4 km-lik hissəsi ya keçilməzə çevrilib, ya da zibil dağları ilə «bəzənib». Buna səbəb rayonlardan toplanan zibillərin nəzərdə tutulan əraziyə deyil, məhz yola tökülməsidir.

Bu azmış kimi, 10 kəndi birləşdirən həmin starteji yolun təmiri də iki ildir havadan asılı qalıb. JAM.AZ xəbər verir ki, iki il əvvəl asfalt örtüyü qaşındıqdan sonra təmir olunacağı bildirilsə də, yolda bir qarış yer belə düzəldilməyib. Üstəlik, yağan yağış və qar sularından dolayı yolun qaşınmış hissələri kölməçələrə çevrilib, bərbad hala düşüb.

Rayon sakinləri bildirirlər ki, hərbi yolun zibilliyə çevrilməsi ilə yanaşı, vəhşi heyvan təhlükəsi də artıb. Onların bildirdiyinə görə, bu yolun üzərindəki zibilliklərə dadanan vəhşi heyvanlar artıqlarla qidalanırlar. Nəticədə, yolxucu xəstəliklərin daşıyıcısına çevrilirlər. Camaat deyir ki, zibillik hesabına qidalanan vəhşi heyvanların insanlara və əhalinin mal-qarasına hücum etmələri isə adi hala çevrilib.

Onu da bildirək ki, qeyd olunan yol hərbi-strateji əhəmiyyət daşıdığından Müdafiə Nazirliyi də məsələyə qarışmalıdır. Çünki cəbhə xəttinə yaxın ərazi olaraq tanınan Ağcabədinin rəhbərliyi ilə məsələni yoluna qoymaq mümkündür. Sabah müharibə başlayarsa, bu yolların hansı mühüm əhəmiyyət daşıyacağını deməyə isə gərək yoxdur.

Məsələ ilə bağlı aidiyyatı qurumların da mövqeyini dərc etməyə hazırıq.

 

Oxunub: 23 Bölmə: Ölkə İçi



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə