Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Neftçilərə veriləcək kompensasiya açıqlandı – 140 min manata qədər
Neftçilərə veriləcək kompensasiya açıqlandı – 140 min manata qədər
08 Dekabr 2015 / 13:13 / Baxış sayı: 488
Font1 Font2 Font3 Font4

Ölənlərin ailəsinə ödəniləcək məbləğ 140 min manata çata bilər.

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində xəsarət alan və itkin düşən neftçilərin ailələrinə veriləcək kompensasiyanın məbləği açıqlanıb. Bu barədə məlumatı əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov bildirib.

Nazir bu gün keçirilən BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Beynəlxalq Konvensiyanın 25 illiyinə həsr olunmuş büro iclasında çıxış edib. İclas baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Nazir qeyd edib ki, 3 azyaşlı övladı olan, əmək haqqı 600-650 manat olan dünyasını dəyişən neftçilərin ailələrinə 80 min manat həcmində kompensasiya ödəniləcək. Amma bu rəqəm neftçinin əmək haqqı, stajı, ailə üzvlərinin sayından asılı olaraq 140 min manata qədər çata bilər.
Xəsarət alan neftçilərə isə əlillik dərəcəsi təyin olunacaq.

Büro iclasından görüntü

Dekabrın 4-də Xəzərdə“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən faciə zamanı itkin düşən 29 nəfərdən 6-nın meyiti tapılıb. Ümumilikdə 7 nəfər ölüb.
Meyiti tapılanlar aşağıdakılardır:
Tağıyev Fuad Tahir oğlu,
Mahmudov Ağa İzzət oğlu
Babayev Mikayıl İsmayıl oğlu
Mayılov Samir Cahangir oğlu
Quliyev Fəxrəddin Xancan oğlu
İsgəndərov Habil Tağı oğlu
Həsənov Ramiz
23 nəfər itkin düşmüş hesab edilir, 33 nəfəri isə xilas etmək mümkün olub.


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə