Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İcra başçısı qalmaqallı şəklini saytdan çıxardı
İcra başçısı qalmaqallı şəklini saytdan çıxardı
08 Dekabr 2015 / 18:03 / Baxış sayı: 308
Font1 Font2 Font3 Font4

Xəbər verdiyimiz kimi, Salyan rayonunun icra başçısı Taahir Kərimov öz qalmaqallaı fotolarını rayon icra hakimiyyətinin (RİH) rəsmi saytında yerləşdirmişdi.

İcra başçısı həmin fotoda Qədim Roma imperatoru Neronu xatırladır. T.Kərimov üz-üzə dayanan yuxarı sinif şagirdlərinin arası ilə addımlayır, məktəblilər isə onu qızılgüllərlə qarşılayır. Qədim Romada adətən imperatorları belə qarşılayardılar. Bu foto bloggerlər tərəfindən aşkarlanan kimi sosial şəbəkələrdə yayıldı və ictimai qınaq doğurdu.

Salyan RİH də məsələyə reaksiya verməyə məcbur olub. T.Kərimovun müavini Rəşad Cəbrayılov şefinin bu fotolarının ictimailəşdirilməsini “şantaj və təxribat” adlandırıb.

R.Cəbrayılovun bildirib ki, bu foto 2014-cü ildə jeçirilmiş gül bayramındakı gül kompozisiyalarının birini əks etdirir: “Bəzi adamlar bunu qəsdən yayıblar. Bu, şantaj və iftiradır”.

R.Cəbrayılovun sözlərinə görə, salyanlı məktəblilər sevimli icra başçısını belə qarşılamaq qərarını özləri veriblər. Salyanlı məmurların məntiqindən belə çıxır ki, sadəcə gül kompozisiyasını əks etdirən bu fotoşəkildə biabırçı heç nə yoxdur.

Amma məmurların səmimiyyətinə inanmaq çətindir. Ona görə ki, foto ətrafında qalmaqal başlayan kimi həmin fotonu RİH-in saytından siliblər. Burada ayıb və qəbahət yox idisə, niyə silirdilər?!

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə