Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hacı Nuranın bu fotosu hamını təəccübləndirdi
Hacı Nuranın bu fotosu hamını təəccübləndirdi
08 Dekabr 2015 / 18:17 / Baxış sayı: 1204
Font1 Font2 Font3 Font4

Almaniyada müalicə olunan aparıcı Hacı Nuran sosial şəbəkədə yeni fotosunu paylaşıb. Axşam.az-ın məlumatına görə, aparıcının görünüşü hər kəsi təəccübləndirib. O, yenidən əməliyyat olunacağını bildirib:

“Səbr adlı bir ağacın meyvəsini yeyə-yeyə bir budaqdan o birinə keçdim. Sizin gözəl dualarınızdan güc alaraq daha iki budağa çıxmalıyam. Lakin aşağıda vətən, yuxarıda həyat eşqi ilə bu günümə, Allaha şükür deyir, hamıya dəstəyinizə və məni bir gün tək qoymadığınıza görə hər kəsə ayrı-ayrılıqda minnətdarlığımı bildirirəm. Əllərinizi sıxıb, hamınıza “məni gözləyin” deyirəm. Həyat nə qədər şirindirsə, sizinlə görüşmək daha şirindir. Vətən sağ olsun”.

Hacı Nuran daha sonra “Günəşli” yatağında baş verən qəzada dünyasını dəyişənlərə Allahdan rəhmət diləyib.

Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən Hacı Nurana ilik transplantasiya olunub. Aparıcı açıqlamalarının birində bir neçə əməliyyat keçirməli olduğunu bildirmişdi.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə