Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezidentin oğlu təkzib etdi
Prezidentin oğlu təkzib etdi
09 Dekabr 2015 / 11:53 / Baxış sayı: 248
Font1 Font2 Font3 Font4

Bilal Ərdoğan İŞİD-lə heç bir əlaqəsinin olmadığını bildirib.

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan İŞİD-lə işbirliyi haqqında xəbərləri təkzib edib. O, nə özünün, nə də ailəsinin İŞİD-in nəzarətində olan torpaqlarda qeyri-qanuni neft ticarəti ilə əlaqəsi olmadığını bildirib.

“Biz İstanbulda ofislər inşa edirik, amma İraqSuriyada bizneslə məşğul olmuruq. İŞİD – mənim ölkəmin düşmənidir. İŞİD mənim dinimi ləkələyir”, – deyə Türkiyə prezidentinin oğlu Bilal Ərdoğan bildirib.


Bilal Ərdoğan – Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu

Bilal Ərdoğanın belə bir açıqlama verməsinə səbəb Rusiyanın onu terrorçularla iş görməkdə ittiham etməsi olub. Hətta Rusiyanın Müdafiə Nazirliyi bununla bağlı dəlillərinin olduğunu da deyirdi.

Rusiya rəsmiləri İŞİD-in il ərzində neftlə ticarətdən təxminən 2 milyard dollar qazandığını və həmin neftin əsas istehlakçısının məhz Türkiyə olduğunu vurğulayırdılar.

Bundan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanı eyni cinayətdə – terrorçularla işgüzar əlaqələr qurmaqda ittiham edib. “Bizim dəlillərimiz var və biz onları dünyaya təqdim edəcəyik”, – deyən prezident Rusiyanın bu biznesdə maraqlarını müdafiə edən şəxs olaraq Georq Həsvani adlı suriyalı iş adamını göstərib.

İki ölkə arasında münasibətlər noyabrın 24-də türk qırıcısının Rusiyanın SU-24 hərbi təyyarəsini vurmasından sonra kəskinləşib. Türkiyə rəsmiləri açıqlamalarında rus təyyarəsinin ölkənin hava sərhədini pozduğunu və bu haqda pilota dəfələrlə xəbərdarlıq edildiyini bildiriblər.

Rusiya da xəbərdarlıq edildiyini etiraf etsə də ölkə prezidenti Vladimir Putin Türkiyənin bu addımını “arxadan vurulan zərbə” adlandırıb və Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqi haqqında sərəncam imzalayıb.

İş o yerə çatıb ki, turizm agentliklərinə Türkiyəyə biletlərin satılması qadağan edilib, tələbə mübadiləsi proqramı çərçivəsində Türkiyədə təhsil alan tələbələr də Rusiyaya geri çağırılıb.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə