Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Operativ qərargah: “Hava şəraiti pisləşsə də axtarış davam edir”
Operativ qərargah: “Hava şəraiti pisləşsə də axtarış davam edir”
09 Dekabr 2015 / 11:55 / Baxış sayı: 90
Font1 Font2 Font3 Font4

“Havaların pis olmasına baxmayaraq Fövqəladə Hallar Nazirliyinin helikopterləri və Dövlət Neft Şirkətinin AZAL-dan sifariş etdiyi helikopterlər axtarışı davam etdirir. Sualtı axtarışlar isə müvəqqəti dayandırılıb”. Bunu jurnalistlərə açıqlamasında “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov deyib.

B.Ağarəhimov bildirib ki, sualtı axtarışların dayandırlması hava şəraitinin pisləşməsi ilə bağlıdır: “Hazırda küləyin sürəti 18-23 metrdir. Belə hava şəraitində sualtı axtarış təhlükəlidir”.

B.Ağarəhimov onu da vurğulayıb ki, Neft Daşlarında ehtiyat gəmilər saxlanılıb və hər hansı məlumat əldə olunarsa, onlar lazımi əraizyə yaxınlaşacaq. Hazırda 5 gəmi isə yanğının sömdürülüməsi ilə məşğuldur. Yanğının qarşısının alınması məqsədilə platformada hasilatın tamamilə dayandırılması planlaşdırılır: “Hasilatı tamam kəsmək istəyirik ki, yanğının qarşısı alınsın. Yanğının gedişini istilikdən yaranan buluda görə tam izləmək mümkün deyil. Ona görə dəqiq bilmək olmur ki azalıb, yoxsa yox. Çalışırıq ki, artmasın”.

Baş mühəndis “BP” şirkətinin öz işçilərini təxliyə etməsi haqda yayılan məlumatlara da münasibət bildirib. Vurğulayıb ki, işçilərin özüldən təxliyə olunması platformada problem olan zaman baş verir: ” İşdə olan zaman isə onlar təhülkəsiz yerlərdə yerləşdirilirlər. Neftçilər külək olan zamanı işə getməyiblər. Bu məlumatlar yalnışdır. Qeyd edim ki, onlar işdə olan vaxt güclü külək olub. “Günəşli” yatağında baş verən yanğının söndürülməsi ilə bağlı xarici mütəxəssislərlə birgə iş planı hazırlanır”.

Fatimə Kərimli

Virtualaz.org

*   *   *10:05

Yağmurlu, soyuq hava şəraitinə baxmayaraq, itkin düşmüş neftçilərin axtarışı bu gün də davam etdiriləcək.

Bunu Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd ediblər ki, yağışlı və soyuq hava şəraiti axtarış aparan helikopterin işinə mane olmur. Eyni zamanda, dalğıcların axtarışları davam etdirməsinə də hazırda maneə yoxdur.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə