Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ağcabədidə uşaq bağçası böhranı
Ağcabədidə uşaq bağçası böhranı
09 Dekabr 2015 / 12:05 / Baxış sayı: 222
Font1 Font2 Font3 Font4

Rayon rəhbərliyi adı olub, özü olmayan körpələr evlərinə ayrılan vəsaiti mənimsəməklə məşğuldur 

Ağcabədi rayonunda uşaq bağçası böhranı yaşanır. Rayon sakinlərindən birinin JAM.AZ-a verdiyi məlumata görə, hal hazırda Ağcabədidə sənəd üzərində 8 uşaq bağçası olsa da, onlardan yalnız 3-nün vəziyyəti normaldır. Digərləri isə yerli İcra Hakimiyyətinin gəlir mənbəyindən başqa bir işə yaramır.

Məlumatda deyilir ki, normal vəziyyətdə olan uşaq bağçalarından biri icra başçısı Şahin Məmmədovun evinin yanında olan 8 saylıdır. 5 saylı uşaq bağçası isə İcra Hakimiyyətinin binasının yaxınlığında yerləşir. Normal vəziyyətdə olan 4 saylı uşaq bağçası isə 5 saylı orta məktəblə üz-üzədir.

JAM.AZ-a danışan mənbə bildirir ki, Ağcabədidə hamı uşaqlarını bağçaya qoymaq istəsə də, buna nail ola bilmir. «Normal vəziyyətdə olan bağçalarda yer qalmayıb. Digərlərinin dəhşətli vəziyyətdə olması səbəbindən kimsə uşağını ora qoymaq istəmir».

Rayon sakini bildirir, Kapital Bankın Ağcabədi filialının binasının arxasında yerləşən uşaq bağçası sanki toyuq hininə bənzəyir. «Binaya kənardan baxdıqda adama elə gəlir ki, bura uşaq bağçası deyil, toyuq hinidir. Elə digərləri də bu vəziyyətdədir. Məsələn, 7 saylı orta məktəbin yanında yerləşən 2 mərtəbəli uşaq bağçası əsəcək güclü küləyə bənddir. Ki, uçub, dağılsın. Çünki binanın nə damı var, nə də bir birinin üzərində oturmuş normal daşı».

JAM.AZ-a verilən məlumata görə, əslində, Ağcabədidə adı olub, özü olmayan uşaq bağçalarının əsas funksiyası icra başçısı Şahin Məmmədova pul qazandırmaqdır. «Əgər bu bağçalar Ağcabədiyə lazımdırsa, o zaman onların təmir edilməsi və normal hala salınması şərtdir. İndiyə qədər rayona milyonlarla manat vəsait ayrılıb. Təlabat məlumdur və həmin pulun bir qismiylə bu bağçaları təmir etdirmək olardı. Görünür, Şahin Məmmədov belə işlərə pul xərcləmək istəmir. Səbəb də hər il adı olub, öz olmayan bağçalara ayrılan vəsaitləri mənimsəməkdir».

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə