Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ziya Məmmədovun amerikalı şəriki müsəlmanlar əleyhinə çağırış etdi
Ziya Məmmədovun amerikalı şəriki müsəlmanlar əleyhinə çağırış etdi
09 Dekabr 2015 / 12:06 / Baxış sayı: 1050
Font1 Font2 Font3 Font4

ABŞ prezidentliyinə namizədlərdən biri ölkəyə müsəlmanların gəlməsinə qadağa qoymağa səsləyib. Donald Trampın (Donald Trump) kampaniya bəyanatında deyilir ki, hakimiyyət müsəlmanların ABŞ-a dair münasibətini “müəyyən edənədək” onların ölkəyə daxil olması tamamilə yasaqlanmalıdır. 

Bəyanatın yayılmasından bir neçə saat keçmiş namizəd öz çağırışını Cənubi Carolina ştatındakı tərəfdarlarına müraciətində təkrarlayıb. Donald Trampın bəyanatı Ağ Ev və onun mənsub olduğu respublikaçılar partiyasından bəzi rəqibləri tərəfindən tənqidlə qarşılanıb.

Ağ Ev bildirib ki, prezidentliyə namizədin şərhləri ABŞ dəyərləri və ölkənin milli təhlükəsizlik maraqlarına ziddir. Ötən həftə radikallaşdırıldığı güman edilən müsəlman cütlüyünün California ştatının San Bernardino şəhərində atəş açması nəticəsində 14 adam həyatını itirib.

Donald Tramp bundan əvvəl miqrasiya siyasətinə dair bir neçə sərt bəyanat verib. Onun 11 milyon sənədsiz miqrantı ABŞ-dan deportasiya etmək planı prezident kampaniyasında rəqibləri tərəfindən tənqid olunub.

Qeyd edək ki, Donald Trampın Azərbaycan iqtidarı ilə sıx biznes əlaqələri var. Onun Bakıda nəqliyyat naziri Ziya Məmmədovla birgə şirkət qurduğu bildirilir. Bakının Xətai ərazisində “Bazar Store”un yaxınlığındakı bu bina əvvəl “Zqan Power”, sonradan isə amerikalı milyarderin şərəfinə “Trump Power” adlanıb.

Azərbaycan mətbuatında nəqliyyat nazirinin oğlu Anar Məmmədovla amerikalı milyarderin qlzl İvanka Tramp ilə özəl əlaqələri haqqında da çıxsaylı məlumatlar dərc edilib. İvanka Trampın bir neçə dəfə Anar Məmmədovun şəxsi qonağı olaraq Bakıya səfər etdiyi bildirilir. Sonuncu dəfə İvanka Tramp “Tramp Power” şirkətinin açılışında iştirak etmək üçün Bakıya gəlib. O, Bakıdan aldığı xoş təəssüratları özünün instagram səhifəsində paylaşıb və bu mövzu beynəlxalq mətbuatda işıqlandırılıb.

anar

 

 

 

 

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə