Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mənsimovun Rusiya bayraqlı “Qarabağ” tankeri İzmir limanında saxlanıldı
Mənsimovun Rusiya bayraqlı “Qarabağ” tankeri İzmir limanında saxlanıldı
09 Dekabr 2015 / 12:31 / Baxış sayı: 204
Font1 Font2 Font3 Font4

Türkiyədə mənzillənmiş azərbaycanlı oliqarx Mübariz Mənsimovun Rusiya bayraqlı gəmisi İzmirin Əliağa limanında saxlanılıb. Bu barədə “Deniz Haber” agentliyinə istinadən Türkiyə KİV-ləri yazır.

Xəbərə görə, Türkiyənin Nəqliyyat, Dənizçilik və İnformasiya Nazirliyinin bütün limanlara göndərdiyi təlimata əsasən Rusiya bayrağı altında üzən bütün gəmilər Ağdəniz Memorandumu və Qaradəniz Memorandumu çərçivəsində PSC yoxlamaları həyata keçirilməlidir.

“Deniz Haber” agentliyi bildirir ki, bir gün əvvəl, dekabrın 8-də İzmirin Əliağa limanına ofisi İstanbulda yerləşən “Palmali” Dənizçilik Şirkətinin mülkiyyətində olan, 139 metr uzunluğunda, 16 metr enində, 6 min 526 ton yükdaşıma qabiliyyətinə malik “AZERİ KARABAKH” tankeri yan alıb.

Limanda yoxlamalar zamanı tankerdə beynəlxalq gəmiçilik normalarının pozulmasına dair 12 fakt aşkar edilib. Nəticədə PSC müfəttişləri gəmini reysdən kənarlaşdırmaq barədə qərar qəbul ediblər.

Mənsimovun tankerləri və quru yük gəmiləri əsasən Malta bayrağı altında üzür. Lakin gəmilərdən bəziləri Rusiya bayrağı daşıyır. “Palmali”nin Rusiyada da törəmə şirkəti fəaliyyət göstərir.

Bildirilir ki, Mübariz Mənsimovun gəmisinin saxlanılması suallar doğurub. Çünki Mənsimovun şirkəti prezident Ərdoğanın oğlu Bilal Ərdoğanın, kürəkəni Ziya İlgenin və qardaşı Mustafa Ərdoğanın ortaq şirkəti olan “BMZ Group Denizçilik” şirkətinin mülkiyyətinə verilən 5 tankeri uzunmüddətli kirayə əsasında işlədir.

Hazırda Ərdoğan ailəsi Rusiya rəhbərliyi tərəfindən İŞİD-lə neft alverində ittiham olunur. Bu ittihamlarda Mübariz Mənsimovun da adı keçir. Lakin azərbaycanlı oliqarx ittihamları rədd edir.

Xəbərlərə görə, Türkiyə Mənsimovun gəmisi ilə yanaşı Rusiya bayrağı altında üzən daha 2 gəmi saxlanılıb. “Coral” və  “Neva Reader-2” adlı gəmilərin “aşkar olunan texniki problemlərə görə” Samsun limanında saxlanıldığı bildirilir.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə