Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Təcili: Düşmən mövqeyinə tankdan zərbə endirdik -İtkilər var
Təcili: Düşmən mövqeyinə tankdan zərbə endirdik -İtkilər var
09 Dekabr 2015 / 12:49 / Baxış sayı: 302
Font1 Font2 Font3 Font4

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bütün təmas xətti boyu vəziyyət gərgin olmaqda davam edir. Dağlıq Qarabağdakı qondarma rejimin “müdafiə nazirliyi” Azərbaycan ordusunun təmas xəttinin cənub istiqamətində erməni qüvvələrinin mövqeyinə “ilk dəfə tankdan zərbə endirdiyini” bildirir.

Məlumata görə, Azərbaycan ordusu erməni ordusunun mövqelərinə tankdan 5 mərmi zərbəsi endirib. Habelə erməni tərəfi bildirir ki, dekabrın 8-də axşam Azərbaycan tərəfinin iriçaplı snayperdən açdığı atəş nəticəsində 1991-ci il təvəllüdlü erməni hərbi qulluqçusu Qarik Avanesyan öldürülüb.

Azərbaycan Müdafiə Nazirliyinin təmas xəttində vəziyyətə dair bugünkü xronikasında isə deyilir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 91 dəfə pozub.

Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan, İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Qızılhacılı kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Şuraabad, Şıxlar, Qaraqaşlı, Mərzili, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 95 dəfə atəş zərbəsi endirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə