Ermənistan Silahlı Qüvvələrinin növbəti pilotsuz uçan aparatı məhv edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, PUA dekabrın 9-da saat 9.00 radələrində Tərtər rayonu istiqamətində vurulub. Qurğu Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.