Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sualtı axtarışlar dayandırıldı
Sualtı axtarışlar dayandırıldı
09 Dekabr 2015 / 14:12 / Baxış sayı: 76
Font1 Font2 Font3 Font4

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən 23 nəfərin və “Neft daşları” yatağında itkin düşən 3 nəfərin axtarışı heç bir nəticə verməyib. Bu barədə “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov operativ yaradılan xüsusi qərargahda keçirilən brifinqdə deyib.

O, bildirib ki, bu gün hava şəraitinin pis keçməsinə baxmayaraq səhər saatlarından Fövqəladə Hallar Nazirliyinin helikopterləri və AZAL-ın helikopterləri ilə axtarışlar davam etdirilir: “Yağmurlu hava şəraitinə görə sualtı axtarış işləri dayandırılıb. Hazırda küləyin sürəti 18-23 metrə çatır. Bu səbəbdən sualtı axtarışlar təhlükəlidir”.

Baş mühəndis onu da əlavə edib ki, yanğının qarşısını tam almaq məqsədilə “Günəşli” yatağında hasilatın tamamilə dayandırılması planlaşdırılır: “Hazırda yanğının söndürülməsi üçün hadisə yerinə 5 gəmi cəlb olunub”.

 arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə