Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Günəşli”dəki yanğın davam edir: hər gün 1 milyon manat itirilir (FOTO)
“Günəşli”dəki yanğın davam edir: hər gün 1 milyon manat itirilir (FOTO)
09 Dekabr 2015 / 15:16 / Baxış sayı: 106
Font1 Font2 Font3 Font4
Xəzər dənizinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yanğın davam edir. Yataqdan bu gün çəkilmiş foto Musavat.com-a göndərilib. Fotodan da göründüyü kimi, yanğını söndürmək hələlik mümkün olmayıb. Mütəxəssislərin hesablamalarına görə, 10 saylı dərin dəniz özülündə yanğının davam etdiyi hər gün 1 milyon manatlıq neft itirilir. 
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülü ətrafında 28 quyu var. Onlardan 26-ı neft quyusudur, onun da ikisi işlək vəziyyətdə deyil. Rəsmi açıqlamaya görə, hadisə baş verəndən dərhal sonra ora gələn borular bağlanıb. “Günəşli” yatağındakı 10 saylı platforma 1984-cü ildə tikilib, istismar müddəti 50 ildir. Neft hasilatı 950 ton, qaz isə 1 milyon kub metrə bərabərdir. Bu isə onu deməyə əsas verir ki, yatağın hər gün işləməməsi büdcəyə 950 ton neft, 1 milyon kub metr qaz hesabına başa gəlir.


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə