Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kəmaləddin Heydərov komandirin dəfnində
Kəmaləddin Heydərov komandirin dəfnində
09 Dekabr 2015 / 15:41 / Baxış sayı: 256
Font1 Font2 Font3 Font4

Fövqəladə Hallar Nazirliyinin (FHN) “Vixr-9” yanğınsöndürmə gəmisinin dekabrın 8-də vəfat etmiş komandiri bu gün torpağa tapşırılıb. Daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç bu gün Zabrat qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin digər rəsmi şəxsləri iştirak ediblər.

Qeyd edək ki, dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ərazisinə ilk yaxınlaşan “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri, son günlərin ağır və gərgin iş rejimi ilə ekstremal şəraitdə yanğınsöndürmə əməliyyatında qəhrəmancasına iştirak edən daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç dekabrın 7-də səhhətinin qəfil pisləşməsi səbəbindən Bakı şəhəri, Sabunçu rayonundakı 3 saylı Şəhər xəstəxanasına yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq Vyaçeslav Kryuçkov dekabrın 8-də həmin xəstəxanada ürək çatışmazlığından vəfat edib (APA).



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə