Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dövlət Baytarlıq Nəzarəti Xidmətinə korrupsiya ittihamı
Dövlət Baytarlıq Nəzarəti Xidmətinə korrupsiya ittihamı
09 Dekabr 2015 / 16:00 / Baxış sayı: 978
Font1 Font2 Font3 Font4

Azər Süleymanovun xaricdən gətirilən pereparatlara görə haqq tələb etdiyi iddia olunur

 Dövlət Baytarlıq Nəzarəti Xidmətində vətəndaşlardan rüşvət, korrubsiya, sahbkarların işinə müdaxilə hallarının hələ də davam etməsi “QARA QİYMƏT Tarifi” haqqında faktlarla dolu şikayət məktublarının ardı-arası kəsilmir. 
 
“QARA QİYMƏT Tarifi”ni bir daha nəzərinizə təqdim edirik.

Bu günlərdə “Müsavat.com”a iş adamı Asif Hacıyev tərəfindən ondan ölkəmizə idxal etdiyi ziyanvericilərə qarşı preparatın dəyərinin 10 faizinin, yəni 2600 manatın Azər Süleymanov və Xidmətin sektor müdiri Aydın Hüseynovun tələb etməsini ifşa edən bir başa müsahibəsi dərc edilmişdi.

Müsahibədən sitat: “Mən şəhid ailəsiyəm. Oğlum da səngərdə erməni ilə üzbəüz vuruşur. Hər dəqiqəsi ölümdür. Böyrəkləri çürüyür, mən ona valideyn kimi baş çəkə bilmirəm. Necə ola bilər ki, mən ona imkansızlıqdan baş çəkə bilmədiyim halda gətirib sizə bu qədər pulu rüşvət kimi ödəyim? O, səngərdə vuruşsun, sənsə rahat, isti kreslonda oturasan? O çörəyi necə yeyə bilərlər?” Sitatın sonu. Bu da anonimdir cənab nazir? Atasının incidildiyini, pula görə ona baş çəkmək imkanından məhrum edidiyini eşidən 18-19 yaşlı gənc əsgər özünü xidmətdə necə apara bilər?

Görəsən Dövlət Baytarlıq Nəzarəti Xidmətində baş alıb gedən bu biabırçılıqlardan cənab Heydər Əsədov məlumatlı deyilmi? Azərbaycan Hökumətinin üzvü, hörmətli cənab nazir Heydər Əsədov tabeliyində olan Dövlət Xidmətində rüşvət, korrubsiyanın günü-gündən genişlənməsi, “QARA QİYMƏT Tarifi”nə uyğun sahbkarların soyulması barədə faktlarla dolu şikayətlərə, saxta diplomla vəzifə tutanlara (Leyla Mürvət qızı Sultanova), nəhayət vergi şəkilində büdcəyə vəsait odəyən sahibkarın icidilib iqdidardan narazı salınması hallarına səbəb olan sübutlara nəyin naminə dözür?

Təəccüblü haldır ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən iş adamları adından, habelə rayonlardan heyvandarlıq məhsullarının ticarəti ilə məşğul olan bir qrup fiziki şəxslərin Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə, Kənd Təsərrüfatı Naziri cənab Heydər Əsədova, Milli Məclisə, həmçinin hüquq-mühafizə orqanlarına ünvanlanan şikayət xarakterli (kollektiv) müraciətləri “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin (7.13-cü bəndi) tələbləri pozularaq araşdırılması üçün Kənd Təsərrüfatı Nazirliyindəki havadarlarının “Əli” ilə Azər Süleymanova göndərilir. Və Azər Süleymanova da bu müraciətlərin adını “ANONİM” qoyaraq ört-basdır edir. Təəssüflər olsun ki, Kənd Təsərrüfatı Naziri cənab Heydər Əsədov isə nədənsə… tabeliyində olan Dövlət Baytarlıq Nəzarəti Xidmətində korrubsiya, rüşvət yuvasını dağıtmağa tələsmir ki, bu quruma müraciət edən sahibkarların da canı azərkimilərdən bir dəfəlik qurtarsın. Ancaq “umid ölmür, həmişə yaşayır” deyərlər.

Dövlət Baytarlıq Nəzarəti Xidmətində davam edən “rüşvət koması”na od vurub tüstüsünü aidiyyəti nəzarət orqanlarına və eləcə də Kənd Təsərrüfatı Naziri cənab Heydər Əsədova çatdırmaq üçün MTN-də keçirilən əməliyyatın təkrarı Dövlət Baytarlıq Nəzarəti Xidmətində də keçirməlidir ki, Azər Süleymanov və onun arxasında durub iş adamlarını, sözün əsl mənasında soyduran Kənd Təsərrüfatı Nazirliyindəki “Krişası” nazir müavini cənab Seyfəddin Talıbov bu işdən bir dəfəlik əl çəksinlər.

Azər Süleymanov bu saxtakarlığı nəticəsində sel kimi axan puldan doymur. O, cənab Prezidentin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” göstərişinin mürəkkəbi qurumamış Dövlət Baytarlıq Nəzarəti Xidmətinin vəzifəli şəxslərini Ədilyyə və İqtisadiyyat və Sənaye nazirliklərinin icazəsi (Reyestrdən çıxarış) olmadan hüquqi və fiziki şəxslərə məxsus emal müəssisələrinə “hücuma” göndərmək, pul və süd, qatıq, kolbasa daşıtdırmağa istiqamətlənən göstəriş verməyə hazırlaşır. Dövlət Baytarlıq Nəzarəti Xidməti səlahiyyətlərini aşaraq yuxarıda göstərdiyimiz kimi, termiki işləmələrdən keçmiş kolbasa məmulatları, süd məhsulları-qatıq, smetana, kəsmik, və c. heyvandarlıq məhsullarına nəzarəti həyata keçirə bilməz. Emal müəssisələrində hazırlanan hazır məhsulların dövlət nəzarəti dövlət baytarlıq orqanlarının deyil, səhiyyə orqanlarının səlahiyyətinə daxildir. Ət çiy halda (xammal) emala göndərilməzdən əvvəl baytarlıq nəzarətindən keçirilməlidir. Tutaq ki, iş adamları deyilən məhsuları müayinə üçün gətirdilər? Görəsən məhsullar hazırda iflic vəziyyətinə düşən laboratoriyanın hansı yerində yoxlanılacaq?

Bunda əvvəlki yazılarımızda oxucularımıza baytarlıq xidmətinə görə büdcədən kənar vəsaitin toplanması adı altında baytarlıq mütəxəssislərinin Respublikanın rayon və şəhərlərində fəaliyyət göstərən ət köşklərindən, mağazalardan, müəyyən edilməmiş yerlərdən (küçələrdən, magistral yolların kənarlarından), ağaclardan üzüm salxımı kimi asılan heyvan cəmdəklərini satan qəssabların hər birindən ayda 30 manat haqq yığılmasına məcbur edilməsi, baytarlıq işçilərini səlahiyyətlərindən kənar olan rüşvət yığmaq üçün Şadlıq Evlərinə, iaişə obyektlərinə göndərərilməsi və bu yığılan vəsaitin də müxtəlif adlarla xərclənməsi barədə bilgi vermişdik. Alınan məlumata görə artıq büdcədən kənar vəsaitin yığım faizi azalmağa doğru gedir. Ona görə ki, həmin qeyri-qanuni yollarla yığılan vəsaitin bir hissəsi hesaba köçürülməkdən yayındırılır və hər ay tək Bakı şəhərindən 10.000 manat nəğdi şəkildə bir baş Azər müəllimə verilir (digər rayon və şəhərlər də istisna deyildir).

Bildiyiniz kimi, yüklərin idxalında yükü müşayiət edən vacib sənədlərin biri də “invoys”dur. “İnvoys” gömrük orqanlarına aid sənəd olmaqla idxal olunan malın (yükün) qiymətini özündə əks etdirir. Göründüyü kimi, “İnvoys”un baytarlığa heç bir aidiyyəti olmayan yükün qiymətini göstərən sənəddir. Nazirlər Kabinetinin 21 aprel 2009-cu il tarixli 66 nömrəli qərarı ilə təsdiq etdiyi Qaydalara əsasən baytarlıq orqanları idxal-ixrac edilən yükün yalnız Baytarlıq Sertifikatına əsasən baytarlıq rəyinin (icazə) verilb-verilməməsi məsələsinə baxa bilərlər. Lakin Dövlət Baytarlıq Nəzarəti Xidmətində rüşvət maşını elə işləyir ki, Baytarlıq Sertifikatından başqa, malın qiymətini göstərən adıçəkilən “İnvoys”, müqavilə, fiziki, hüquqi şəxsin vergi orqanlarına aid sənədi (VÖEN) və bu kimi qanunvericiliyində nəzərdə tutulmayan əlavə sənədlər tələb edilir ki, malın (yükün) dəyərinin 20-30 faizinin rüşvət alınmasına iş adamları məcbur edilsin.

Quşların yoluxucu xəstəliklərinə qarşı peyvənd vasitələrinin, yem əlavələrinin ( məs., metionin və s.) ölkəmizə idxalına baytarlıq icazəsi üçün onun dəyərinin 20- 30 faizi rüşvət alınır. Yük sahibi rüşvətdən əlavə, dövlət qeydiyyatı üçün də ayrıca Tarif Şurası tərəfindən təsdiq edlimiş Preyskuranta uyğun pul ödəyir. Hansı ki, quşların yoluxucu xəstəliklərinə qarşı olan vaksin ayrı-ayrı iş adamları tərəfindən deyil, müəyyən edilmiş qaydalara uyğun büdcə vəsaiti hesabına Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən gətirilməlidir və əvəzsiz əhalinin quşları peyvənd edilməlidir. Göründüyü kimi, artıq bu vacib sahə də rüşvət, korrupsiya çirkabına bulaşıb».

arxiv.bizimxeber.az

 



Dövlət Baytarlıq Nəzarəti Xidmətinə korrupsiya ittihamı yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə