Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Vahid Ələkbərov neftin gələcək qiyməti ilə bağlı proqnoz verdi
Vahid Ələkbərov neftin gələcək qiyməti ilə bağlı proqnoz verdi
09 Dekabr 2015 / 16:22 / Baxış sayı: 480
Font1 Font2 Font3 Font4

Rusiyanın ikinci böyük neft şirkəti Lukoil-in prezidenti Vahid Ələkbərov, neft qiymətlərinə dair proqnozunu açıqlayıb. O, neft qiymətlərinin 2016-ci ildə 42-47 dollar/barel səviyyəsində qalmaqda davam edəcəyini deyib.

 Bolqarıstanın “Trud” qəzetinin məlumatına görə, V.Ələkbərov verdiyi açıqlamada bildirib: “Vyanada keçirilən OPEK toplantısında İranın, İraqın neft nazirləri və analitiklərlə görüşdüm. Hamısı gələn il qiymətlərin indiki səviyyədə qalmaqda davam edəcəyinə inanır. Qiymətlərin 42-47 dollar/barel səviyyələrində olacağı gözlənilir. 2016-cı ilin sonuna doğru və ya 2017-ci ilin əvvəllərində isə qiymətlərdə artım gözlənilir”.

V.Ələkbərova görə, neft təklifi və tələbi 2017-ci ildə tarazlaşacaq və neftin qiyməti, sürətli olmasa da artmağa başlayacaq.

“Bizim hesablamalarımıza görə, bu ortalıq müddətdə neftin bir barelinin qiyməti 60 dollar ətrafında tərəddüd edcək”, -deyə V.Ələkbərov fikrini dəqiqləşdirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə