Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiya Azərbaycandan gedən türk mallarına da qadaga qoydu…
Rusiya Azərbaycandan gedən türk mallarına da qadaga qoydu…
10 Dekabr 2015 / 12:26 / Baxış sayı: 316
Font1 Font2 Font3 Font4
Türkiyəyə məxsus məhsulların Azərbaycandan tranzit ixracının qarşısı alınacaq

Rusiyanın dövlət qurumları Azərbaycan və Qazaxıstan ərazisindən tranzit kimi istifadə olunaraq türkiyəli sahibkarlara məxsus meyvə-tərəvəzin ölkəyə gətirilməsinə daha ciddi nəzarət edəcək. Rusiyanın “İzvestiya” qəzeti xəbər verir ki, Rusiyanın İctimai Palatasının Ailə, uşaq və anaya dəstək Komissiyası sədrinin birinci müavini Pavel Sıçyov bununla bağlı Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçyova, Federal gömrük xidmətinin sədri Andrey Belyaninova və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Federal Xidmətinin rəhbəri Anna Popovaya müraciət edib.

Müraciətdə bildirilir ki, türkiyəli sahibkarlar məhz Azərbaycan və Qazaxıstan ərazisindən istifadə edərək öz məhsullarını Rusiyaya çatdırır.

“Məndə olan dəqiq məlumata görə, Türkiyədən olan sahibkarlar öz məhsullarını Rusiyaya çatdırmaq üçün yollar axtarır və bunun üçün adıçəkilən ölkələrin ərazisindən istifadə olunur. Bu, azərbaycanlı təchizatçıların Rusiya bazarında mövqeyini genişləndirmək üçün də yeni imkanlar yaradır. Burada müxtəlif variantlardan istifadə oluna bilər. Bunun qarşısı alınmalıdır”, – deyə P. Sıçyovun müraciətində qeyd edilir.

İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Federal Xidmətinin rəsmi nümayəndəsi Yuliya Melano deyib ki, Türkiyəyə məxsus məhsullara embarqo 2016-cı ilin yanvarın 1-dən qüvvəyə minir və bu səbəbdən təkrar ixraca nəzarət həmin dövrdən gücləndiriləcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə