Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

10-cu platformanın rəisi: “Sarsıntılar hələ də var…”
10-cu platformanın rəisi: “Sarsıntılar hələ də var…”
10 Dekabr 2015 / 12:28 / Baxış sayı: 110
Font1 Font2 Font3 Font4

Dekabrın 4-də “Günəşli” yatağının 10-cu platformasında baş verən yanğın nəticəsində ağır xəsarət alan platforma rəisi Allahverdi Məmmədovun səhhəti normaldır.

Bu barədə Trend-ə Allahverdi Məmmədovun özü məlumat verib. Onun sözlərinə görə, dünən səhhəti ilə bağlı yenidən psixoloq dəvət edilib və onunla şəxsən maraqlanıb: “Sarsıntılar hələ var. Psixoloq bir müddət sakitlik məsləhət gördü. Amma, ümumi vəziyyətimdə çox irəliləyişlər var”.

A.Məmmədov bildirib ki, artıq bu gündən gəzməyə başlayıb. Həkimlər onun gün ərzində 5-10 dəqiqə gəzməsini məsləhət görüblər. Hazırda stasionar müalicədə olan 12 xəstənin vəziyyəti tam normaldır və həyati təhlükələri yoxdur. Hadisə nəticəsində xəsarətləri az olan və öz xahişləri ilə ambulator müalicəyə göndərilən passiyentlərdən isə hələlik xəstəxanaya müraciət edən yoxdur.

Xatırladaq ki, dekabrın 4-də “Günəşli” neft yatağının 10-cu platformasında baş verən yanğın zamanı 33 neftçi xilas edilib, xilasedici qayıqlardan birinin qəzaya uğraması nəticəsində bir nəfər həlak olub, 29 neftçi isə itkin düşüb. Aparılan axtarışlar nəticəsində 6 neftçinin meyiti tapılaraq ailələrinə təhvil verilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə