Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Accessbank” filialları bağlanır, işçilər işdən azad edilir
“Accessbank” filialları bağlanır, işçilər işdən azad edilir
10 Dekabr 2015 / 14:03 / Baxış sayı: 1780
Font1 Font2 Font3 Font4

“Accessbank” 3 filialı bağlanır, bank 100-dən çox işçi ilə “sağollaşıb”, yeni işçilər işdən azad edilir, köhnə işçilər isə işləməyə davam edəcək. Bununla bağlı məlumatı arxiv.bizimxeber.az-a”Accessbank”dakı mənbə verib.

Mənbənin verdiyi məlumata görə “Accessbank”ın Xalqlar Dostluğu, Sumqayıtdakı və Gəncə şəhərindəki filiallardan da biri bağlanır. Filiallarda işləyən işçilərin böyük əksəriyyəti isə işsiz qalıb. 

“Yeni işçilər işdən çıxarılır, köhnə işçilər isə işləməyə davam edəcək. İşdən çıxarılan işçilərin bəziləri 1 ildən çox bankda işləyiblər. Bankın yeni siyasətinə görə, bağlanan filiallarda iş stajı daha çox olanlar digər filiallara gətirilir. Onların gətirildiyi filiallardakı yeni sayılan işçilər isə işdən azad edilir”, deyə bankdakı mənbə bildirib.

Qeyd edək ki, 3 filialını bağlamasını, işçiləri işdən azad etməsini “Accessbank” rəhbərliyi optimallaşdırma adı altında aparır. Qarşı tərəfin fikrini dərc etməyə hazırıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə