Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bahar Gəncəli Fuad Camı Dubayda necə girov saxlayır.. (FOTO)
Bahar Gəncəli Fuad Camı Dubayda necə girov saxlayır.. (FOTO)
09 Dekabr 2015 / 22:35 / Baxış sayı: 592
Font1 Font2 Font3 Font4

Qafqaznews.az olaraq ötən yazımızda Bakı ŞBPİ-nin keçmiş rəis muavini Cavadağa Sultanovla  Bahar Gəncəlinin Dubaydakı “işbirliyi”ndən yazmışdıq. Qısaca onu qeyd edək ki, Cavadağa Sultanovun kimliyi hamıya məlumdur. Bu şəxs tutduğu vəzifədən azad olunandan sonra Bakı şəhər prokuro

Screenshot_2015-11-08-21-34-32_resizedrluğu tərəfindən ona qarşı cinayət işi qaldırılır və o rəsmi axtarışa verilir. O vaxtdan da Cavadağa Sultanov Dubayda lövbər salıb və Bakıya qayıda bilmir. Amma Dubayda da o öz keçmiş əməllərindən əl çəkmir. Cavadağa Sultanovun bacanağı, uzun illər Gəncə şəhərinin nəqliyyat prokuroru vəzifəsində işləmiş Fazil Hüseynovun oğlu, Bakı ŞBPİ-nin Narkotiklərlə mubarizə şöbəsinin keçmiş əməliyyat müvəkkili, polis kapitanı İlqar Hüseynov da qohumu ilə Dubayda baş-başa verib qara əməllərə birgə imza atırlar.

1384762256_Cavadaga-Elxan-Qehremanov-183x300Bahar Gəncəlinin kimliyinə gəlincə isə, onu Cavadağa ilə İlqar tanış edib. İki il əvvəl Dubayda Cavadağa Sultanov həbs olunanda onun azad olunmasında İlqar Hüseynovun vasitəçiliyi ilə Bahar Gəncəlinin böyük rolu olub. Bahar Gəncəli Gəncə şəhərində yaşayıb və sonra Dubaya gedərək orda Əhməd adlı polis işçisi ilə ailə qurub. Baharın həyat yoldaşı Əhməd isə Dubay polisi ilə “əməkdaşlıq” edərək Cavadağa Sultanovla birgə birləşərək Azərbaycanda cinayət əməlində təqsiriləndirilən şəxslərə Dubayda havadarlıq edir v7ee3c1b4d383ə Azərbaycan höküməti tərəfindən axtarışa verilən cinayətkarların İnterpola verilməsinə mane olurlar. Bir sözlə, Bahar Gəncəli və onun həyat yoldaşı Əhməd Azərbaycan höküməti tərəfindən axtarışda olan şəxsləri Dubayda girov kimi saxlayırlar. …Bu mövzunun d
avamı olaraq son günlər redaksiyamıza bu dəstə barədə yeni məlumat daxil olub. Məlumat üçün bildirək ki, fəaliyyəti dayandırılmış “Royal Bank”ın keçmiş direktoru 29 yaşlı Fuad Cam külli miqdarda mənimsəmədə ittiham olunaraq axtarışa 9e12811b8c9fverilib. Bir neçə ölkənin vətəndaşlığını daşıyan F. Camın hazırda ABŞ-da olduğu ehtimal olunur. O, bir neçə dəfə istintaqa dəvət olunsa da, boyun qaçırıb və buna görə də barəsində məhkəmənin hökmü ilə dövlətlər arası axtarış elan edilib. Fuad Əli oğlu Camın beynəlxalq axtarışa verilməsi barədə məlumat İnterpolun saytında da yerləşdirilib.Screenshot_2015-11-08-21-34-07_resized

Onun atası Əli Cam isə bankın Müşahidə Şurasının sədri olub. Daxil olan məlumata görə, Fuad Camı Dubayda interpol həbs edib Azərbaycan hökümətinə təhvil verə bilmir. Onlara bu tədbiri keçirib sona çatdırmağa Bahar Gəncəli, həyat yoldaşı Əhməd, oğlu Emin İsmayıllı, İlqar Hüseynov və Cavadağa Sultanov mane olurlar. Dubaydakı mənbədən aldığımız məlumata görə Bahar Gəncəli Fuad Camdan 600 min dollar pul alıb ki, onun İnterpola təhvil verilməsinə mane olsun. IMG-20151108-WA0013_resized-1-300x300Baharın qurduğu planın mexanizmi ondan ibarətdir ki, Baharın yaxın adamı Dubay polisinə şikayət edir ki, guya Fuad Cam ona 50 min dollar borclu olaraq pulu olmayan pul çeki verib. Həmin çek əsasında Baharın yaxın adamı Dubay polisində Fuad Cama qarşı iş qaldırır ki, interpol onu Dubayda tapıb Azərbaycan hökümətinə təhvil verə bilməsin. Və interpolun əməkdaşlarına bildirilir ki, Fuad Cam barəsində Dubay polisində cinayət işi açıldığı üçün, o Azərbaycana təhvil verilə bilməz. Bu cür plan əsasında Bahar Gəncəli və onun dəstəsi bir çox şəxslərdən külli miqdarda pul alaraq onların Azərbaycan hökümətinə təhvil verilməsinə mane olurlar.

Başqa sözlə həmin şəxslər Bahar Gəncəlinin dəstəsi tərəfindən Dubayda girov saxlanılır. Dubaydakı mənbəmizin verdiyi məlumata görə bu yaxınlarda Fuad Camla Bahar Gəncəlinin arasında mubahisə düşdüyünə görə, birinci bir həftə Dubay həbsxanasında qalmalı olub. Bahar Gəncəli tərəfindən bu cür cəzalanan digər şəxs isə Xəyal Əliyevdir. Fuad Camdan fərqli olaraq o Bahar Gəncəliyə 100 min dollar pul verib ki, onun da İnterpola təhvil verilməsinə mane olsunlar. Ancaq Xəyal Əliyevin də bu yaxınlarda Bahar Gəncəli və onun həyat yoldaşı Əhmədlə mubahisələri düşüb və buna görə də Xəyal Əliyev də Baharın göstərişi ilə bir həftə həbsxanada qalmalı olub. Araşdırmamız davam edir, bizi izləyin.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə