Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cahangir Hacıyevin apellyasiya şikayəti təmin edilmədi – YENİLƏNİB
Cahangir Hacıyevin apellyasiya şikayəti təmin edilmədi – YENİLƏNİB
10 Dekabr 2015 / 16:34 / Baxış sayı: 972
Font1 Font2 Font3 Font4

O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Bu gün Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin apellyasiya şikayətinə baxılıb.

Məhkəmə şikayəti təmin etməyib. Qeyd edək ki, C. Hacıyev Cinayət Məcəlləsinin 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərarla razılaşmayan C. Hacıyev apellyasiya şikayəti verib.

08.12.2015

Vəkil Aqil Layicov “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevlə görüşüb. Oxu.Az  xəbər verir ki, bu barədə “Report”a A.Layicov məlumat verib. O, C.Hacıyev barəsində həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verdiklərini bildirib:  “Ərizəni Bakı Apellyasiya Məhkəməsinə təqdim etmişik”.

Vəkil bildirib ki, barəsində həbs qətimkan tədbiri seçilmiş C.Hacıyev hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında deyil, Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. O, C.Hacıyev üçün evdən gətirilən yemək və suyun qəbul edilmədiyini də deyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə