Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Evlər qiymətdən düşdü – ŞAD XƏBƏR
Evlər qiymətdən düşdü – ŞAD XƏBƏR
10 Dekabr 2015 / 16:43 / Baxış sayı: 2020
Font1 Font2 Font3 Font4

Bakıda 2-3 ay əvvəllə müqayisədə mənzil bazarında qiymətlərin azalması davam edib. Bunu milli.az-a daşınmaz əmlak bazarı məsələləri üzrə ekspert Ramil Osmanlı mənzil bazarındakı son vəziyyəti şərh edərkən deyib. 

Onun sözlərinə görə, aylıq qiymət azalması təqribən 3-5% arasında dəyişir. Qiymət azalması hələlik daha çox köhnə tikililərdə özünü göstərir. Xəbərə görə, ekspertin fikrincə, artıq bazarda baş verən hadisələrə həm də makroiqtisadi tərəfdən, yəni bilavasitə, ölkənin gəlirlərinin sürətli azalması fonunda baxmaq lazımdır: “Proqnozlar isə o qədər də nikbin deyil, baxmayaraq ki, hökumət İpoteka Fondu və kreditləri ilə bağlı islahatlara başlayıb.
Hesab edirəm ki, indiki makroiqtisadi vəziyyətdə insanlarda resurs problemi mövcuddur. Konkret desək, pul yoxdur. Artıq vəsaitlərin xaricdən cəlb edilməsi imkanları da tədricən azalır. Mərkəzi Bankın ehtiyatlarının ilin sonuna qədər 6 milyarddan aşağı düşəcəyi ehtimalı var. Belə olan şəraitdə mənzil bazarına investisiya ayrılması ilə bağlı proqnozlar da şübhə altına düşür”.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə