Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İsmayıllıda baş həkim benzin satır
İsmayıllıda baş həkim benzin satır
11 Dekabr 2015 / 11:00 / Baxış sayı: 280
Font1 Font2 Font3 Font4
İsmayıllı səhiyyəsində qanunsuzluqlar ifşa edilib. arxiv.bizimxeber.az cumhuriyyet.az-a istinadla xəbər verir ki, baş həkim Aftandil Rəhimovun təqaüdə göndərilməsindən sonra onun postu uğrunda amansız mübarizə gedib. 

Rayon rəhbərliyinin baş həkim yerinə təyin olunması üçün Bakıya göndərdiyi nümayəndəni isə səhiyyə naziri Oqtay Şirəliyev qəbul etməyərək geri qaytarıb. Həmin həkim tələb olunan rüşvətdən xeyli az miqdarda pul ilə nazirliyə gedibmiş.

Məlumatda qeyd olunub ki, rayon xəstəxanası bu illər ərzində bir qrup şəxsin mülkiyyətinə çevrilib. Dövlət tərəfindən ayrılan tibbi ləvazimatlar, pereparatlar, texnika üçün ayrılmış yanacaq, təkər, digər ehtiyyat hissələri və ən əsası ərzaq məhsulları satılır.

Şəkərli diabetdən əziyyət çəkənlər dövlət tərəfindən ayrılmış dərmanlar, insulinlər əldə edə bilmir. Xəbərdə o da deyilir ki, baş həkimin sürücüsü Ataş həm dərman biznesinə baxır, həm xəstəxana üçün gəlmiş avtomobillərin ehtiyyat hissələrini rayonda satır, həm işə adam götürüb, çıxarır. Baş həkimin də pulunu o yığır. Rayon rəhbərliyi baş həkim Aydın Əsədova tapşırıb ki, Ataşı bu müəssisədən uzaqlaşdırsın. Ancaq o baş həkimə necə lazımdırsa, onu təsərrüfat müdiri təyin edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə