Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyəli 30 min tələbə Rusiya universitetlərindən çıxarılır
Türkiyəli 30 min tələbə Rusiya universitetlərindən çıxarılır
11 Dekabr 2015 / 11:31 / Baxış sayı: 122
Font1 Font2 Font3 Font4

Türkiyə vətəndaşı olan 30 min tələbə Rusiyadan çıxmağa məcbur edilir. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Rusiyada təhsil alan Türkiyə vətəndaşı olan tələbələr və Rusiyada işləyən təhsil üzrə mütəxəssislər öz ölkələrinin Təhsil Nazirliyi və Ali Təhsil Şurasına göndərdikləri şikayət məktubunda bildiriblər.

Məlumata görə, onlar Rusiyada təhsillə bağlı müxtəlif təzyiqlərlə qarşılaşdıqlarını yazıblar. Universitetlərin rəhbərlikləri Türkiyə vətəndaşları olan tələbələrə məcburi şəkildə “təhsili öz istəyimlə buraxmaq istəyirəm” məzmunlu ərizə yazdırırlar. İnformasiyaya əsasən, türk tələbələrinin yaşadıqları yataqxanalarda polis gecələr itlərlə pasport yoxlaması keçirir. Bəzi universitetlərdə rusiyalı professorlar “türklərə dərs vermirik”- deyərək, dərsləri boykot edirlər.

Rusiyanın Voronej Texnologiya İnstitutunun rəhbərliyi türk tələbələrdən tələb edirlər ki, Rusiyadan gedin. Tələbələrin təhsil haqqını ödəməsinə, oxuduqları ali təhsil müəssisəsinin rəhbərliyi ilə uyğun müqavilə bağlamalarına baxmayaraq, onların vizalarının müddəti uzadılmır. Türkiyə tərəfi tələbələrin təhsil müəssisələrindən müxtəlif bəhanələrlə çıxarılmasının qarşısını almaq istiqamətində fəaliyyət göstərildiyi bildirilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə