Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Erməni əsgər öldürüldü – Cəbhədə atışma
Erməni əsgər öldürüldü – Cəbhədə atışma
11 Dekabr 2015 / 12:36 / Baxış sayı: 170
Font1 Font2 Font3 Font4

21 yaşlı Vardan Vardanyan cəbhənin şərq istiqamətində güllələnib. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən atışma nəticəsində erməni hərbçi yaralanıb. Azərbaycanın işğal altında olan torpaqlarında erməni hərbçisi ölüb. Bu 1994-cü il təvəllüdlü Vardan Arturoviç Vardanyandır.

Bu hadisə təmas xəttinin şərq istiqamətində bu gün səhər saat 08 radələrində baş verib.

Ötən gün axşam saatlarında da Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən atışma nəticəsində erməni hərbçi yaralanıb. ANS PRESS-in erməni kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, yaralanan əsgər Razmik Abramyanın vəziyyəti çox ağırdır.

Son vaxtlar cəbhə xəttində ağır döyüşlər gedir. Azərbaycan Müdafiə Nazirliyi də cəbhədə artan gərginliklə bağlı açıqlama verib: “Son günlər Seyran OhanyanSerj Sarkisyancütlüyünün cinayətkar fəaliyyətinin nəticəsi olaraq cəbhədə gərginlik nəzərəçarpacaq dərəcədə artıb. Azərbaycan Ordusunun gördüyü cavab tədbirləri nəticəsində erməni tərəfinin çoxsaylı itkilərinə görə birbaşa məsuliyyət bu hərbi cinayətkarların üzərinə düşür”.

Erməni tərəfi Azərbaycanə cəbhədə tankları işə salmaqda ittiham edib. Azərbaycanın Müdafiə Nazirliyindən isə bildirilib ki, Silahlı Qüvvələrimiz vəziyyətə uyğun olaraq düşmən bizə atəş açdığı halda, ona qarşı daha üstün silahlarla cavab verəcəyi, onların atəş nöqtələrini, mövqelərini və hərbi obyektlərini məhv edəcəyi barədə dəfələrlə xəbərdarlıq edib.

Dekabrın 9-da qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri yaşayış məntəqələrimizi minaatanlardan və iriçaplı silahlardan atəşə tutublar.
Müdafiə Nazirliyi xəbərdar edir ki, dinc əhalimizin yaşadığı kəndləri atəşə tutan işğal olunmuş ərazilərdəki təmas xəttinə yaxın yaşayış məntəqələrində yerləşən düşmənin döyüş mövqelərini və hərbi obyektlərini məhv etmək məqsədilə ordumuz cavab tədbirləri görəcək.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə