Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Putindən “vur” əmri
Putindən “vur” əmri
11 Dekabr 2015 / 17:04 / Baxış sayı: 144
Font1 Font2 Font3 Font4

Rusiya prezidenti sərt danışdı. Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini artıracaq, onlara qarşı təxribata əl atanları sərt cəzalandıracaq. Bunu bu gün Moskvada Rusiya prezidenti Vladimir Putininrəhbərliyi ilə keçirilən Müdafiə nazirliyinin illik yekun kollegiya iclasında prezident özü bəyan edib.

Vladimir Putin qeyd edib ki, Suriyada Rusiya hərbçilərini təhdid edən istənilən gücü məhv etmək lazımdır. “Kifayət qədər sərt hərəkət etməyə əmr edirəm. Bizim hərbçilərə qarşı hər hansı bir təxribat törətmək istəyənləri xəbərdar edirəm. Biz rus hərbçiləri və hərbi bazalarının təhlükəsizliyini gücləndirmək üçün tədbirlər görmüşük. Yeni hava hücumundan müdafiə sistemlərindən istifadə olunacaq”, -deyə prezident bildirib. Putin həmçinin əlavə edib ki, hava əməliyyatları qırıcıların müdafiəsi ilə həyata keçirilir.

Rusiya Müdafiə nazirliyinin illik yekun kollegiya iclası

İclasda həmçinin qeyd olunub ki, İŞİD silahlı qruplaşmasının fəaliyyəti yaxın zamandaQafqaza keçə bilər və buna görə də Rusiya Suriyadakı hərbi əməliyyatlarına daha ciddi yanaşmalıdır.

İlin yekunlarına dair iclasda Vladimir Putin hərbi sahədə 2015-cil ilin yekunlarına dair çıxış etməklə yanaşı, 2016-cı ildə qarşıda duran vəzifələri də açıqlayıb.

Rusiya sentyabrın 30-dan etibarən Suriyada hərbi əməliyyatlar keçirir. Həmin gün səhər verilən qərarla Rusiya Federasiyasının Şurası prezident Vladimir Putinə ölkənin ordusunu xarici ölkələrdə istifadə etməyə icazə verib. Elə ilk hava zərbələri də məhz həmin günə təsadüf edir.

Hərbi əməliyyatlar fonunda Rusiya-Türkiyə münasibətləri pozulub. Rusiyaya məxsus Su- 24 hərbi təyyarəsi noyabrın 24-də Türkiyə F-16 qırıcısı ilə vurulub. Təyyarənin vurulması faktını Rusiyanın Müdafiə Nazirliyi də təsdiqləyib. Təyyarə Türkiyənin hava sərhədini pozduğu üçün vurulub.


Suriya-Türkiyə sərhədində təyyarənin düşməsi

Prezidenti Vladimir Putin hadisəni terrorçuların əlbirləri ilə Rusiyaya arxadan vurulan zərbəadlandırıb. Hadisədən sonra iki ölkə arasında gərginlik artıb – Rusiya Türkiyəyə qarşı sanksiyalar tətbiq edib, “Türk axını” layihəsini dayandırıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə