Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Deputatlar Zeynəb Xanlarovaya qarşı: “Millət vəkilinin əsas işi…”
Deputatlar Zeynəb Xanlarovaya qarşı: “Millət vəkilinin əsas işi…”
11 Dekabr 2015 / 18:02 / Baxış sayı: 1510
Font1 Font2 Font3 Font4

Bu gün millət vəkili Zeynəb Xanlarovanın və Ülviyyə Həmzəyevanın üzvləri olduğu Mədəniyyət komitəsinin iclasına gəlməmələri və buna görə də xəbərdarlıq almaları mətbuatın gündəminə çevrilib.

Komitə sədri Rafael Hüseynov gözlənilmədən iclasa qatılmayan deputatlara sonuncu dəfə xəbərdarlıq edib. Sədr qeyd edib ki, bir də belə hal olarsa, komitə iclaslarına qatılmayan deputatlarla bağlı parlamentin sədri Oqtay Əsədova rəsmi şəkildə müraciət olunacaq. Bundan əlavə onların bu sayğısızlığı İntizam Komissiyasında müzakirəyə çıxarılacaq.

Bəs deputatlar hansı hallarda iclaslara gəlməyə bilər?

Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin üzvü Astan Şahverdiyev AzNews.az-a açıqlamasında komitə üzvlərinin iclaslarda iştirakının vacib olduğunu deyib: “Deputatlar mütləq üzvü olduqları komitələrin iclaslarında iştirak etməlidirlər. Amma müəyyən səbəblərdən deputatlar komitə iclaslarından kənarda qala bilər. Məsələn, deputatın səhhətində problem yaranarsa, vacib işi çıxarsa, yaxud da səfərdə olduğundan iclasda iştirak etməyə bilər. Lakin bu halda komitə iclasına qatılmaması ilə bağlı sədri xəbərdar etməlidir. 11 ildir ki, deputatam, iki-üç komitə iclası istisna olmaqla hamısında iştirak etmişəm. Getmədiyim iclaslarla bağlı da komitə sədrini məlumatlandırmışam”.

Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı isə hesab edir ki, deputatın əsas vəzifəsi qanun yaradıcılığı prosesində iştirak etməkdir: “Deputat üzrlü səbəbdən səfərdə olduğu zaman, bölgələrdə vacib tədbirlərdə iştirak etdiyindən komitə iclaslarına qatılmaya bilər. Mən təsəvvürümə gətirə bilmirəm ki, hansısa deputat “işim var, gələ bilmirəm” sözünü işlətsin. Millət vəkilinin birinci vəzifəsi iclaslarda iştirak etməkdir. Deputatın işi qanun yaradıcılığı prosesinin iştirakçısı olmaqdır”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə