Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Akif Səlimov “Laçın Xeyriyyə Fonduna” yığılan pulları hara xərcləyir? ŞOK MÜRACİƏT
Akif Səlimov “Laçın Xeyriyyə Fonduna” yığılan pulları hara xərcləyir? ŞOK MÜRACİƏT
12 Dekabr 2015 / 0:21 / Baxış sayı: 642
Font1 Font2 Font3 Font4

Elə isə, ölkə prezidenti İlham Əliyevə səslənirik… Elə isə bu fond niyə yaradılıb? Ora pullar haradan yığılır və hara gedir?”

Müxtəlif rayonlarda məskunlaşan məcburi köçkünlər ciddi problemlər içində yaşayırlar. Rayon icra başçıları müxtəlif bəhanələrlə onları aldadır, yerlərdəki nümayəndələr isə qaz vurub qazan doldururlar.  

arxiv.bizimxeber.az-a daxil olan daha bir müraciətdə də məlum problemdən, təkrarlanan əməllərdən söhbət açılır. Laçından məcburi köçkün olan və Agcəbədi rayonunda məskulaşanlar sözün həqiqi mənasında çətin durumdadırlar. Havaalrın soyuması onsuz da çətin durumda yaşayan insanları bir qədər də ağırlaşdırıb.

Redaksiyaya ünvanlanan müraciərtdə məcburi köçkünlər bildirilir ki,  Laçın rayon icra başçısı Akif Səlimov onların problemləri ilə maraqlanmır. Müraciətlərə verilən cavab isə belə olur: “Gedin işinizlə məşgul olun”.

Məcburi köçkünlərin müraciətində deyilir: “Bilmək istəyirik ki, Laçın rayon xeyriyyə fonduna yığılan pullar kimə xərclənir? Bu məsələ nəzarətsizdir. İcra baçısından hesabat tələb edən köçkünləri isə hədələyib, susdururlar. Oz qohum-əqrəbasını başına yığan Akif Səlimov küçə süpürməyə də, tikintidə fəhləliyə də,  kabab yeməyə də qohum-əqrəbasındakı adamları yerləşdirir”. 

23 ildir ki, Ağcabədidə Laçın qərargahının Şeylanlı obasında qamışdan hörülmüş daxmada yaşayan köçkünlər artıq bezdiklərini yazırlar: “Qarşıda yay fəsli gəlir. Yenə susuzluqdan uşaqlarımızı yara basacaq.  Akif Səlimov bizə Allahın suyunu da vermir.  İçməyə su tapmırıq. Suyu pulla alırıq”.

Sakinlər bildirir ki, xeyriyyə fondunun niyə yaradıldığını və kimə xidmət etdiyini hələ də bilmirlər. Nə vaxt bununla bağlı icra hakimiyyətinə müraciət edirlərsə təzyiqlərlə üzləşirlər: “Bizə deyirlər ki, nə pul var, nə də yardım, gedin işinizlə məşğul olun. Elə isə, ölkə prezidenti İlham Əliyevə səslənirik… Elə isə bu fond niyə yaradılıb? Ora pullar haradan yığılır və hara gedir?”.

Sakinlər bildirirlər ki, Akif Səlimovun məlum əməllərinindən xəbərdar olmaları üçün ölkə prezidenti İlham Əliyevə növbəti teleqram ünvanlayacaqlar.

arxiv.bizimxeber.az olaraq biz də öz novbəmizdə icra başçısı Akif Səlimova sual edirik. Cənablar, icra hakimiyyətinin xeyriyyə fonduna toplanan vəsaitlərdən necə, hansı məqsədlər üçün istifadə olunur?

P.S

Yaxın günlərdə icra başçısı Akif Səlimovun məcburi köçkünlər üçün ayırlan vəsaitin konkret olaraq necə və kimlərin dəstəyi ilə həzmrabedən keçirməsi ilə bağlı məlumatları təfsilatı ilə oxucuların diqqətinə çatdıracağıq. Bizi izləyin… 

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə