Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Neft 30 dollardan da aşağı düşəcək”
“Neft 30 dollardan da aşağı düşəcək”
12 Dekabr 2015 / 16:01 / Baxış sayı: 218
Font1 Font2 Font3 Font4

2016-cı ildə neftin qiyməti müvəqqəti olaraq 30 dollardan da aşağı düşə bilər. Virtualaz.org saytı xəbər verir ki, bu sensasion proqnozla Rusiyanın maliyyə naziri Anton Siluanov çıxış edib.

“Ola bilsin ki, müəyyən müddət ərzində qiymət 30 dollar olsun, hətta bundan da aşağı düşsün. Biz bunu bilmirik, hər şey ola bilər”- deyə nazir bildirib. Siluanov deyib ki, neft kəskin ucuzlaşsa da Rusiyada makroiqtisadi situasiya dəyişməyib.

“Biz büdcədə neftin qiymətini 50 dollardan götürmüşük, indi barrel hardasa 36-37 dollara satılır. Aydın deyil ki, bundan sonra nə olacaq. Hamı çətin günlərə hazırlaşmaldır. Bir il əvvəl kimsə desəydi ki neft 40 dollardan ucuz olacaq, yəqin hamı ona gülərdi”- nazir deyib. Bundan əvvəl Rusiya Maliyyə Nazirliyinin 2016-cı il büdcəsində ixisarlar aparacağı açıqlanıb. Nazirlik xərcləri 5 faiz ixtisar etməyə, özəlləşdirmədən daxil olacaq vəsaitlərin həcmini artırmağa, əsaslı tikintini tamamilə dayandırmağa hazırlaşır.

Xatırladaq ki, Azərbaycanın gələn il üçün büdcəsində də neftin qiyməti 50 dollardan götürülüb. Maliyyə naziri Samir Şərifov demişdi ki, hər ehtimala qarşı hökumət ən bədbin ssenariyə də hazırdır və neftin 40 dollar olacağı ehtimalına qarşı variant hazılayıb. İndi isə neft 40 dollardan da aşağıdır…

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə