Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cahangir Hacıyev ev dustaqlığına buraxılmadı
Cahangir Hacıyev ev dustaqlığına buraxılmadı
12 Dekabr 2015 / 16:39 / Baxış sayı: 146
Font1 Font2 Font3 Font4

Bakı şəhərinin Nərimanov Rayon Məhkəməsində Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətinə baxılıb.

Bu barədə məlumat verən C.Hacıyevin vəkili Aqil Layıcov bildirib ki, prosesə C.Hacıyevin özü də gətirilib. Onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb.

Qeyd edək ki, dekabrın 5-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə C.Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərarın ləğv olunması barədə verilən apelyasiya şikayəti isə təmin edilməyib. C.Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham olunur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə