Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Neftçilərin axtarışına Türkmənistan ərazisində də başlanıldı
Neftçilərin axtarışına Türkmənistan ərazisində də başlanıldı
12 Dekabr 2015 / 16:47 / Baxış sayı: 246
Font1 Font2 Font3 Font4

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən 23 nəfərin və “Neft daşları” yatağında itkin düşən 3 nəfərin axtarışına bu gün Xəzər dənizinin Türkmənistan ərazisində başlanılıb. Bu barədə “Azneft” İstehsalat Birliyində yaradılmış operativ qərargahdan məlumat verilib.

Qeyd olunub ki, bunun üçün Türkmənistan Dövlət Sərhəd Xidmətindən icazə alınıb. Bu ərazidə axtarışı Fövqəladə Hallar Nazirliyinin (FHN) uzaq məsafələri axtarmaq üçün müəyyənləşdirilmiş bir təyyarəsi həyata keçirir. Bu təyyarə dənizə eniş edə bilir.

Xəzərin Azərbaycan sektorunda isə hazırda FHN-nin 3 helikopteri, 2 gəmisi, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 2 helikopteri 5 gəmisi axtarış aparır. Eyni zamanda, FHN-nin Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri Bayıl ərazisində sahilboyu axtarış həyata keçirirlər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə