Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Deputatın köçkünlərə qənim kəsilən qudasına cəza verildi – Məhkəmə
Deputatın köçkünlərə qənim kəsilən qudasına cəza verildi – Məhkəmə
12 Dekabr 2015 / 16:51 / Baxış sayı: 488
Font1 Font2 Font3 Font4

Millət vəkili Eldar Quliyevin biznesmen kürəkəni Abbas Səfərovun anası cərimə edilib. AzNews.az xəbər verir ki, dünən Nəsimi Rayon Məhkəməsində Zəngilandan köçkün düşən ailənin şikayəti ilə Abbas Səfərovun anası, “Kapitol” tikinti şirkətinin direktoru Məhluqə Qibləliyevaya (əslində şirkətin sahibi Abbas Səfərovdur, lakin bu və ya digər məhkəmə proseslərində ona irəli sürülən ittihamlardan qaçmaq üçün şirkəti 70 yaşlı anasının adına keçirib) hökm oxunub.

Hakim Elman İsayevin sədrliyi ilə keçirilən məhkəmə M.Qibləliyevanı 5000 manat cərimə edib. Köçkün ailənin üzvü Vahid Sadıqov AzNews.az-a bildirib ki, dövlət ittihamçısı M.Qibləliyevaya 3 il 6 aylıq həbs istəmişdi. Onun sözlərinə görə hakim bu tələbi rədd edib. V.Sadıqov məhkəmə qərarından apellyasiya şikayəti verəcəklərini deyib.

Qeyd edək ki, “Kapitol” şirkəti ilə köçkün ailə arasındakı dava 10 il əvvəldən başlayıb. Belə ki, Bakının mərkəzində göydələnlər ucaldan “Kapitol” tikinti şirkəti müxtəlif qanunsuzluqlar edərək Zəngilandan məcburi köçkün olan ailəni 10 ildən artıqdır ki, küçələrə salıb. “Kapitol” şirkətinin rəhbəri Abbas Səfərov ailənin məskunlaşdığı yurd- yuvanı yerlə yeksan edib. Şirkət dəfələrlə məhkəmələrin ailənin xeyrinə çıxardığı qərarları yerinə yetirməyib.

Onu da bildirək ki, A.Səfərov millət vəkili, iqtisad üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyevin kürəkənidir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə