Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Putin Suriyaya yeni vertolyotlar göndərdi
Putin Suriyaya yeni vertolyotlar göndərdi
12 Dekabr 2015 / 16:56 / Baxış sayı: 790
Font1 Font2 Font3 Font4

Rusiya Suriyaya yeni hərbi texnika göndərib. Belə ki, “Mi-35M” döyüş vertolyotları Suriyanın Hmeymim aviabazasında peyda olub. Bunu RT telekanalının aviabazada apardığı çəkilişlərdən də görmək olar. 

Rusiya KİV-lərinə istinadən xəbər verir ki, indiyədək Suriyaya “Mi-35M” döyüş vertolyotları göndərilməyib və onlardan bu ölkədəki əməliyyatlarda istifadə olunmayıb. Bu hava döyüş maşınları əvvəllər yalnız İraqa ixrac olunub.

“Mi-35M” döyüş vertolyotları “Mi-24V” vertolyotlarının modernləşmiş variantıdır. Təkmilləşdirilmiş konstruksiyaya malik bu vertolyotlar 2005-ci ildən seriya istehsalına buraxılıb. Xatırladaq ki, Rusiya sentyabrın 30-dan etibarən Suriyadakı hərbi əməliyyatlarda iştirak edir. Rusiyanın aviasiya qrupu Latakiya şəhərinin yaxınlığındakı  Hmeymim aviabazasında yerləşir. Rusiyanın burada 70 hərbi təyyarəsi döyüş növbəsi çəkir.

Rusiyanın Suriyadakı hərbi-dəniz qüvvələrinə isə 10 gəmi daxildir. Onların 6-sı Aralıq dənizində döyüş növbəsindədir. Latakiya sahillərində də “Moskva” raket kreyseri növbə çəkir. Xəzər donanmasının gəmiləri isə oktyabrın 7-də və noyabrın 20-də əməliyyatlara cəlb olunub.

Türkiyə F-16-ları noyabrın 24-də Rusiyanın Su-24 bombardmançısını vurandan sonra Rusiya Suriyadakı aviabazaya S-400 zenit-raket komplekslər də yerləşdirib. Dekabrda Rusiya İŞİD yaraqlılarının mövqelərinə ilk dəfə olaraq Aralıq dənizindəki “Rostov Don” sualtı qayığından zərbələr endirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə