Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Heydər məscidində ehsan verilib
Heydər məscidində ehsan verilib
12 Dekabr 2015 / 18:40 / Baxış sayı: 602
Font1 Font2 Font3 Font4

Bu gün Bakıdakı Heydər məscidində Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ehsan verilib.

Ehsan mərasimində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə, din xadimləri, millət vəkilləri və başqa şəxslər iştirak ediblər.

A. Paşazadə çıxış edərək bildirib ki, Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar 1, 2 və 3 saylı uşaq evlərinə, habelə Eşitmə qabiliyyəti pozulmuş uşaqların Respublika ixtisaslaşdırılmış körpələr evi – uşaq bağçasına ehsan göndərilib.

Sonra Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov çıxış edib. O, Heydər Əliyevin keçdiyi həyat yolu haqda danışıb. F. Heydərov bildirib ki, Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan qüdrətli bir dövlətə çevrilib.

Millət vəkili əlavə edib ki, Heydər Əliyev müstəqil Azərbaycanın yaradıcısı, müstəqil Azərbaycan dövlətinin banisidir: “Bu gün Azərbaycan xalqı bu kədərli günü qeyd edir. Heydər Əliyevi sevənlər bu gün onun məzarını ziyarət edirlər”.

Sonra Heydər Əliyevin və Qarabağ şəhidlərinin ruhuna dualar oxunub.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə