Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Lisenziyasız özəl tibbi fəaliyyətə görə cərimələr artırıldı
Lisenziyasız özəl tibbi fəaliyyətə görə cərimələr artırıldı
14 Dekabr 2015 / 8:57 / Baxış sayı: 886
Font1 Font2 Font3 Font4

Azərbaycanda xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə cərimələr 60 dəfəyədək artırılaraq 30 min manatadək yüksəldilir. 

Milli Məclisdən verilən məlumata görə, bu məsələ yeni hazırlanan İnzibatı Xətalar Məcəlləsinin layihəsinə daxil edilib. Hazırkı məcələyə əsasən, qanunsuz olaraq, özəl tibbi fəaliyyətlə məşğul olanlar üçün 300 manatdan 500 manatadək məbləğdə cərimə tətbiq edilir.

Yeni layihəyə görə, lisenziyasız özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər 2000 manatdan 3000 manatadək, vəzifəli şəxslər 5000 manatdan 10 000 manatadək, hüquqi şəxslər 20 000 manatdan 30 000 manatadək cərimələnəcəklər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə