Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Daha bir saxta diplomlu məmur aşkarlandı
Daha bir saxta diplomlu məmur aşkarlandı
14 Dekabr 2015 / 9:13 / Baxış sayı: 1036
Font1 Font2 Font3 Font4

Qıraq Kəsəmən kəndinin «kətxuda»sı arayışı 2 manata satır, 100 hektar əkin sahəsini kağız üzərində 500 hektar edib, icra başçısı və müavinləri isə Yaqubəliyevin himayəçisi kimi çıxış edirlər. 

Ağstafanın Qıraq Kəsəmən kəndinin icra nümayəndəsi Nurəddin Yaqubəliyevdən şikayətçi düşənlər onunla bağlı bir sıra məlumatlar göndəriblər. Həmin məlumatlarda xeyli maraqlı məqamlar və ittihamlar var. 

Şikayətçilər bildirirlər ki, Yaqubəliyev 2010-cu ildən Qıraq Kəsəmənin icra nümayəndəsidir. Həmin müddətdən bəri bütün vasitələrə əl atdığı deyilir. İddia olunur ki, vəzifə başına keçdikdən sonra qohumlarının bəzilərinin adını İcra Nümayəndəliyində işçi kimi yazdıraraq, onlara maaş verir. «İcra nümayəndəliyində təkcə xidmətçilərin sayı 6 nəfərdir. Hamısı da yarımştat işə götürülüb. Əslində, buraya 1-2 xidmətçi kifayət edər.

Xidmətçilərin çoxluğu onunla bağlıdır ki, onların hər biri işə götürülərkən hərəsindən 1000 manat pul alınıb. N.Yaqubəliyev əməli ilə həm də dövlət büdcəsinə ziyan vurur. Məsələ burasıdır ki, qanunvericiliyə görə, yarımştat işləyən işçilər DSMF ödənişlər etməkdən azaddırlar».

JAM.AZ-a göndərilmiş məlumatlarda daha sonra vurğulanır ki, Yaqubəliyev yaşayış yeri, ailə tərkibi ilə bağlı sakinlərə verilən arayışlara görə qiymət müəyyənləşdirib. «Belə ki, adi arayışlar 2 manata verilir, ünvanlı sosial yardım almaq məqsədilə tələb olunan arayışa görə isə 50 manat ödənilməlidir».

Məlumatda o da vurğulanır ki, Nürəddin Yaqubəliyevin ən çox saxta gəlir yerlərindən biri də dövlət tərəfindən ayrılan subsidyalara bağlıdır. «İl ərzində Qıraq Kəsəmən kəndinin ərazisində təxminən 100 hektar taxıl əkilsə də, o, bu rəqəmi sənədlərdə 500 ha göstərir və nəticədə əldə olunan külli miqdarda vəsaiti mənimsəyir».

Yaqubəliyevlə bağlı ən ağır ittihamlardan biri isə onun saxta diplomlu olmasıdır. JAM.AZ-a yazan mənbə nəql edir: «Həmin diplom (AB-1-N 016345, Qeyd № 2750) ona Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı tərəfindən satılıb. Guya, N.Yaqubəliyev Gürcüstan Respublikasında fəaliyyət göstərən “Universitetlərdən” birinə qəbul olub, sonra Qazax filialına “perovod” olunub. İxtisasca ekoloqdur. Sonradan məlum olub ki, Qazax filialında ekologiya üzrə ixtisas olmayıb».

Şikayətçilər bildirirlər ki, icra nümayəndəsinin bunca problemə rəğmən, vəzifə başında qalmasının səbəbləri var. Və həmin səbəblərdən ən birincisi isə Ağstafa rayon İcra Hakimiyyətində adamlarının olmasıdır. «Həmin havadarlar arasında rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Ramiz Tatarovun, Sosial-iqtisadi məsələlər üzrə müavin Aydın Hacıyevin, kadrlar şöbəsinin müdiri İlqar Hacıyevin və ərazi idarəetmə məsələləri üzrə şöbə müdiri Şaiq Qurbanovun adları xüsusi çəkilir. Onların da icra nümayəndəsini müdafiə etməkdə hər birinin öz marağı var və bu maraqlar hər zaman lazımı səviyyədə təmin olunur. İlqar Hacıyev N.Yaqubəliyevin diplomunun saxta olduğunu bilir, amma gizlədir».

Şikayətçilər sual edirlər ki, məsələdən Ağstafanın icra başçısı Məhərrəm Quliyevin də xəbəri var. «Çünki Qıraq Kəsəmən kənd sakinləri dəfələrlə kənddəki haqsızlıqlarla bağlı ona müraciət ediblər. Lakin icra başçısı hər dəfə icra nümayəndəsinin havadarlarının mövqeyini şikayətçi kənd sakinlərinin mövqeyindən daha üstün tutub. Görünür, mövcud vəziyyət icra başçısının özünə də sərf edir».

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə