Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Akif Səlimovu icra başçısı postrunda saxlayan nədir? Pul yoxsa,…
Akif Səlimovu icra başçısı postrunda saxlayan nədir? Pul yoxsa,…
14 Dekabr 2015 / 10:50 / Baxış sayı: 420
Font1 Font2 Font3 Font4

Taxtakörpü ərazindəki Ərdəşəvi, Fingə və Mişni obalarında yaşayanlar zülm çəkir…

Gözdən uzaq, könüldən xoş olan bəzi icra başçıları öz əməllərini davam etdirməkdədirlər. Daha doğrusu, ucqar rayonlarda yerləşən, əsasən də erməni işğalında olan rayonların icra başçısıları hətta işğal faktorundan belə yararlanıb pul qazanmaqdadırlar.

Bir qədər çətinə düşdükdə “işğal olunmuş rayonun başçısıyam,  nəyimiz var ki, nəyi da dağıdaq” dəsələr də, reallıqla vəziyyət başqasdır. Sən demə ən çox qanunsuz əməllərə imza atanlar da elə bunlar imiş.

Laçın rayon icra hakimiyyətinin başçısı Akif Səlimov… Son günlər onun əməlləri barədə aidiyyatı qurumlara, hətta Prezident İlham Əliyevə göndərilən şikayət məktublarının sayı hesabı yoxdur.

Taxtakörpü ərazindəki Ərdəşəvi, Fingə və Mişni obaları, həmçinin Şəki şəhər Yeni Çələbixan qəsəbəsində müvəqqəti məskunlaşanların Azərbaycan Respublikası prezidentinə göndərdiyi müraciəti oxucuların diqqətinə çatdırırıq.

Məktubda qeyd olunur ki, Laçın rayonunda məmur özbaşınalığı baş alıb gedir. Bütün bunların başında isə rayon icra hakimiyyətinin başçısı Akif Səlimov durur. O,vəzifəyə keçən kimi keçmiş polis rəisinə xas olan məxfi araşdırmaları ilə pullu adamları tapıb yığmağa başladı. Həmin adamları vəzifəyə qoyanda onların nə bacarıqlarına, nə də savadlarına məhəl qoymadı.

Vəzifələr pulun çəkisinə görə bölüşdürüldü. Belə ki, məktəb direktorlarından küllü miqdarda pul alaraq onların özlərini yüksək vəzifəyə, arvadlarını isə məktəb direktoru qoydu. Onun pula hərisliyi o dərəcyə çatdı ki, o bütün icra nümayəndəliklərindən 4000 (dörd min) manat pul aldı.

Nümayəndələrdən 2000 (iki min), işçilərin hərəsindən 1000 (min) manat pul yığdı. Pul verməkdən imtina edənlər isə dərhal işdən azad olundular. Bakıda daş karxanası, mağazaları, kafeləri, marşrutları olması ilə kifayətlənməyən A.Səlimov Ağcabədi qış yatağında özünə böyük təsərrüfat yaradıb.

Rayon Tikinti İdarəsinin bütün kollektivi yataqda təmir-tikinti işlərini başa çatdırmağa səfərbər edildi. Dövlətin pulları isə rayona yox Akif Müəllimin təsərrüfatına xərclənir. Özbaşınalıq və xaos baş alıb gedir. Bunun ən bariz nümunəsi son vaxtlar onun məktəblərdə apardığı yoxlamalardır.

Yoxlamanın sonunda direktorların fəaliyyəti müzakirə olunur və nəticədə direktorların hərəsinə 3000-5000 manat pul alaraq sərbəst buraxıldılar.

A.Səlimov son vaxtlar o qədər həddini aşıb ki, onun eyiblərini yazan adamı məhkəməyə verir. Onun pulu çox olduğu üçün “Ədalət”də onun tərəfindədir. 2013-çü ildə FACEBOOK səhifəsində Prezidnetin əlehinə çıxışlar edən Sadiq Axundovdan 5000(beş) manat pul alaraq onu Şamkənd musiqi məktəbinə direktor qoydu. Buna isə Şamkənd əsilli ziyalılar öz etirazını bildirdilər və bütün instansiyalara müraciət edərək onun iç üzünü açdılar.

Sonda isə Akif müəllim istəyinə çatmadı. Ürəyində qisas hissi saxlayan A.Səlimov onun nəticəsi olaraq Şamkənd müsiqi məktəbinin 22 ildən artıq Şəkidə fəaliyyət göstərən filialını bağlatdı. Rayon Mədəniyyət Şöbəsinin müdiri Yusif Hüseynovun Nazirliyə müraciətindən sonra məktəbə yoxlama gəldi. Guya məktəbin texniki-təchizat bazası olmadığından məktəb bağlandı. Halbuki rayonda fəaliyyət göstərən 100-dən artıq klub və kitabxanaların vəziyyəti çox acınacaqlıdır.

Böyük zəhmət bahasına dövlət vəsaiti hesabına yeni nəsil üçün çap etdirdiyiniz kitablar yaramaz otaqlarda çürüməkdədir.

Onun başçıya yaraşmayan əməllərini saymaqla qurtarmaz. Onun rayonda vəzifə bölügüsü aparmasında təkcə özü yox oğlu Sənanda iştirak edir.

Akif Səlimov Qaxda rəis işləyərkən çoxlu cinayət əməllərini ört-bastır etdi və özəlləşmə dövründə dövlətin bütün mal-qarasını saxta yolla özəlləşdirib, böyük təsərrüfata isə onun dostları,bacısı oğlu Anar rəhbərlik edirdi. Nəticədə isə Anar dayısına arxalanaraq gürcüəsilli Əlibəyli kənd sakinini günahsız qətlə yetirdi. Bu cinayyətdə əsl sima olan Akif Səlimov bacısı oğlunun həbsi ilə sudan quru çıxdı. Onun oğlanlarının Səlim və Sənanın polis orqanlarında işlənməsinə baxmayaraq dəfələrlə vəzifədən uzaqlaşdırılıb və yenidən bərpa olunub.Onun vəzifəyə qoyduğu icra nümayəndəsi olan qohumu insan alveri üstündə həbs olunmasına baxmayaraq ona hələ də gözün üstə qaşın var deyən yoxdur.


Rəis kimi məcburən döyüşdə olan A.Səlimov bundan istifadə edərək 4-ü müharibə veteranı 1-i şəhid ailəsi olan, 10 nəfər YAP üzvünün işsiz qoyması vətənpərvərlikdirmi?

A.Səlimov bu gün də elə hesab edir ki,o polis rəisi rayon sakinləri isə onun qarşısında oturan cinayətkarlardır.

Beləliklə, işğal altında olan Laçın rayonunun əhalisi demək olar ki, ölkənin bütün rayonlarına yayılıblar. Məcburi köçkün həyatı yaşayan və ağır günlər keçirən bu insanlar, bir də icra başçısı Akif Səlimovun əlindən əziyyətə düçar olublar. Artıq iş o həddə çatıb ki, insanlar üzləşdikləri problemlərdən dolayı etirazlara belə qalxıblar. Məcburi köçkünlər bildirir ki, daha çıxış yolu qalmayıb.

Başqa kommunal xidmətlərin səviyyəsinin aşağı olmasından, xüsusən elektrik enerjisinin verilməsindəki problemlərdən şikayətlənən məcburi köçkünlər əlaqədar qurumlardan problemlərin həllini tələb edirlər.

Vəziyyətin bu həddə çatmasına baxmayaraq, Laçının icra başçısı Akif Səlimov isə mətbuatda özü haqqında mədhiyyələr yazdırmaqla məşğuldur. Bəzi KİV-lərdə özü haqqında geniş «tərif» yazıları yayımlatdıran icra başçısı bununla özünü «yaxşı icra başçısı» kimi göstərməyə cəhd edir. Və hesab edir ki, hakimiyyət dairələri həmin məlumatları oxuduqdan sonra ona razılıq edəcəklər. Bəzi məlumatlara görə isə Akif Səlimov işdən çıxarılacağından əndişə edir. Çünki haqqında xeyli sayda şikayətlərin olmasından dolayı bir neçə dəfə rəsmi qurumlar tərəfindən tənbeh olunduğu deyilir.

Prezident Admnistrasiyasında keçirilən müşavirələrin birində ona «rayondan çoxlu şikayətlər gəlir» iradını tutublar. Və icra başçısından tələb olunub ki, həmin şikayətləri araşdırsın və problemləri də həll etsin. Amma Akfi Səlimov tam tərsi şəkilində hərəkət edərək, keçmişdə polisdə işlədiyi metodlara baş vurur. Nəticədə, problemləri həll etmək əvəzinə, ört-basdır edir. Şikayətlərin qarşısını almaq üçün isə təhdid yolunu seçir.

P.S

Yaxın günlərdə Akif Səlimovun insanlara divan tutan əməllərni nəyinsə müqabilində ört-basdır edən, onun əlindən su içib mətbuatı əla alan, vətəndaşların problemlemlərini işıqlandırmaqdan daha çox gizlətməyə xidmət erən “mətbu orqan”ların və onun başında duranların adını tək-tək yazacayıq.

Bizi izləyin…

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə