Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sabirabadlı məktəb direktoru ilə bağlı cinayət işini Baş prokuror nəzarətə götürdü
Sabirabadlı məktəb direktoru ilə bağlı cinayət işini Baş prokuror nəzarətə götürdü
14 Dekabr 2015 / 18:44 / Baxış sayı: 1890
Font1 Font2 Font3 Font4

Bir müddət əvvəl mətbuatda Sabirabad şəhərindəki 1 saylı orta məktəbin direktoru Diləfruz Mustafayevanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə xəbər verilmişdi.

Xəbərdə deyilirdi ki, D.Mustafayevaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi qaldırılıb. Məktəb direktoru banklardan müəllimlərin adına külli miqdarda kredit götürüb.

Amma son vaxtlar bu pulu ödəyə bilmədiyindən banklar kredit borcunu müəllimlərin əmək haqqından tuturmuş. Hətta adına kredit götürülmüş Minarə adlı müəllimə əsəb sarsıntısından dünyasını dəyişib. İddialara görə, müdhiş kredit qalmaqalında keçmiş məktəb direktoru ilə yanaşı başqa vəzifəli şəxslərin də adı keçir. Mənbə onu da bildirib ki, Diləfruz Mustafayeva haqqında cinayət işi başlandığı üçün o, bir neçə gün əvvəl məktəb direktoru vəzifəsindən azad olunub və həbs olunub.

Məktəb direktorunun “Məni həbsdən azad etməsələr rayondakı 2 mühüm şəxsin adını çəkəcəm və özümü asacam” ultimatumundan sonra onun barəsindəki qəti imkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. NUH.az saytının əməkdaşı bu gün cinayət işi bağlı Sabirabad RPŞ ilə əlaqə saxlayıb.

Polis şöbəsinin müstəntiqi Şahin Abdulov əməkdaşımıza bildirib ki, bir neçə gün əvvəl Diləfruz Mustafayeva ilə bağlı cinayət işini Baş prokuror öz nəzarətinə götürüb və iş hazırda Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə