Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Erməniləri məhv etdik, azı 3 ölü (VİDEO)
Erməniləri məhv etdik, azı 3 ölü (VİDEO)
14 Dekabr 2015 / 19:08 / Baxış sayı: 290
Font1 Font2 Font3 Font4

Azərbaycan ordusu düşmənin cəmləşdiyi nöqtələrə zərbə vurub.

Ermənistan Silahlı Qüvvələrinə məxsus daha bir uzun müddətli atəş nöqtəsi endirilən zərbə nəticəsində məhv edilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin fəaliyyəti nəticəsində qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı daha qətiyyətlə alınır.

Müxtəlif istiqamətlərdə əvvəlcədən müəyyən edilmiş koordinatlar üzrə düşmənin cəmləşdiyi nöqtələrə vurulan zərbələr nəticəsində erməni tərəfinin uzun müddətli atəş nöqtəsi sıradan çıxarılıb və məlumata görə, o, canlı qüvvə sarıdan ən azı 3 (üç) nəfər itki verib.

Erməni mətbuatı son günlər cəbhədə vəziyyətin gərginliyini bir qədər də artırmaq məqsədilə Azərbaycan tərəfini gah tankdan, gah da zenit qurğusundan istifadə etməkdə günahlandırmağa cəhd göstərir. Son bir necə gündə Azərbaycan Ordusunun erməniləri məhv etməsinin görüntüləri yayılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə