Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sabiq nazir oğlu növbəti dəfə sərxoş halda yol polisini təhqir etdi
Sabiq nazir oğlu növbəti dəfə sərxoş halda yol polisini təhqir etdi
14 Dekabr 2015 / 19:25 / Baxış sayı: 2924
Font1 Font2 Font3 Font4

O polisə qarşı təhqiramiz ifadələr işlədib. Bakıda yol polisi tərəfindən saxlanılan sürücü itaətsizlik göstərib. 

arxiv.bizimxeber.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dekabrın 11-də saat 04:30 radələrində yol polisi Yasamal rayonu Cəfər Cabbarlı küçəsi 45 ünvanının qarşısında “Lexus” markalı 10 AR 900 nömrə nişanlı avtomobili saxlayıb. 

Bakı şəhər Baş Polis İdarəsi Yol Patrul Xidmətinin inspektoru, polis serjantı Fərid Əkbərov sürücü, 1980-ci il təvəllüdlü Orucov Kamran Əlisaab oğlunun sərxoş olduğunu bildirib və onu tibb məntəqəsində müayinədən keçməyə dəvət edib. Bu zaman sürücü yol polisinə qarşı təhqiramiz ifadələr işlədib və müqavimət göstərib. Polis serjantı hadisə ilə bağlı raport yazaraq aidiyyatı üzrə təqdim edib. Yol polisinin barəsində raport yazdığı Kamran Orucov sabiq ədliyyə naziri və baş nazirin müavini Əlisaab Orucovun oğludur.

Məlumat üçün bildirək ki, Kamran Orucovun bundan əvvəl də dəfələrlə polislərlə ciddi probleminin olub.

arxiv.bizimxeber.az



Sabiq nazir oğlu növbəti dəfə sərxoş halda yol polisini təhqir etdi yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə