Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Anar Məmmədovun layihəsi əlindən alındı
Anar Məmmədovun layihəsi əlindən alındı
14 Dekabr 2015 / 21:24 / Baxış sayı: 2236
Font1 Font2 Font3 Font4

Ziya Məmmədovun amerikalı ortağı otelindən imtina etdi

Bakıda inşa edilən Trump Tower-in adı Tramp Otellər Kolleksiyasının siyahısından çıxarılıb.Strateq.az bildirir ki, bu haqda “Mother Jones” jurnalının “Müsəlman ölkəsindəki Tramp otelinin adı Donald Trampın veb səhifəsindən yoxa çıxıb” adlı məqalədə məlumat verilir.

Məqalədə deyilir:

“Müsəlman ölkəsindəki otel layihəsi Donald Trampın veb səhifəsindən qeyb olub. Bəs Donald Trampın müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycandakı nəhəng lüks otel layihəsinə nə oldu?

Bu yay, Mother Jones prezidentliyə respublikaçı namizədin azərbaycanlı milyarderlə olan razılığından xəbər vermişdi. Bu razılığa əsasən Trampın adı neftlə zəngin Azərbaycanın paytaxtı Bakıda 33 mərtəbəli, yelkən formasında olan şüşə binanın üzərinə vurulacaqdı. Amma bir zamanlar Tramp Təşklatının mətbuat şərhlərində təntənə ilə bəhs edilən bu layihə Tramp korporasiyasına aid veb səhifəsindən çıxarılıb.

Saytda Tramp Otel Kolleksiyalarına daxil bütün prestijli otellərin adları sıralanıb ki, bura Nyu-York, Çikaqo, Las Veqas, Mayami, Törnberri (Şotlandiya), Rio de Janeyro və Balidəki otellər daxildir. Hələ açılışı olmayan otellər də daxil olmaqla, hər bir otelin ayrı veb səhifəsi də var. Bir zamanlar bu ilin dekabr ayında Bakıda açılışının baş tutacağı gözlənilən Tramp otelinin də veb səhifəsi var idi. Amma artıq o səhifə heç bir izahat olmadan yoxa çıxıb.

Bəs bu layihəyə nə olub? Tramp Təşkilatı şərh verməkdən imitna edir. Bu yaxınlaradək Bakıda yerləşən oteli təmsil edən publisist artıq bu layihə üzərində işləmədiyini və otelin aqibəti ilə bağlı sualları yalnız Trampın şirkətinin cavablandıra biləcəyini deyir. Mother Jones Tramp otelinin rezervasiya xəttinə zəng edərək, Bakıdakı oteli barədə məlumat almaq istəyib. Satış təmsilçisi layihənin təxirə salındığını və dəqiq açılış tarixinin müəyyən olmadığını bildirib.

trampe.jpg

Bakı oteli artıq siyasətçiyə çevrilən maqnat üçün böyük mahiyyət daşıyırdı. Bu yaxınlarda müsəlmanların ABŞ-a daxil olmasına qadağa tətbiq edilməsinə çağıran Tramp 2014-cü ilin noyabr ayında Bakı otelinin onun otellər zəncirinə daxil olacağını təntənə ilə elan etmişdi. “Bakı Tramp Beynəlxaıq Otel və Qülləsi” Tramp Təşkilatının geri çəkilməyən standartlarının və bizim təkcə dünyanın ən yaxşı layihələrinə imza atdığımızın göstəricisidir,” – deyə daşınmaz əmlak maqnatı öyünürdü: “Biz 2015-ci ildə açılanda, ziyarətçilər və sakinlər Bakıda misli görünməmiş bir dəbdəbəli əmlaklda yaşamaq imkanı əldə edəcəklər (experience) və bu mülkiyyət dünyanın ən gözəl binalarından biri olacaq.”

İlk olaraq 2015-ci ilin iyununda açılışı gözlənilən otelin inşasına Trampın qızı İvanka şəxsən nəzarət edirdi.

İyul ayında Tramp Otelin Bakıdakı nümayəndəsi Mother Jones-a otelin ilin sonunda istifadəyə veriləcəyini bildirib. Binanın inşası tamamlanmış kimi görünürdü və artıq yeni iş elanları var idi. Amma bu payız Bakıdakı otel Tramp Otel Kolleksiyasının siyahısından yox oldu.

Trampın şəxsi maliyyə məlumatlarının açıqlanması formasında qeyd edilib ki, əmlakın idarə olunması və adının layihə ilə anılması üçün şirkət ötən il azı 2,5 milyon dollar gəlir əldə edib. Otel özü Anar Məmmədova məxsusdur. Milyarder Anar Məmmədov isə avtoritar Azərbaycan hökümətinin nəqliyyat nazirinin oğludur. 

anar memed.jpg

Anar Məmmədov “Garant” adlı şirkəti idarə edir.

İndi bəs müsəlmanları aşağılayan maqnat Bakı ilə vidalaşıbmı? Otel lahiyəsinin aqibətindən asılı olmayaraq, Trampın azərbaycanlı biznes əməkdaşları onun müsəlmanlar əleyhinə ritorikasınından məmnun qala bilməzlər. Məmmədovun müsəlman olub-olmadığı aydın olmasa da, Azərbaycan əhalisinin 96 faizinin müsəlman olduğu aşkardır. Elə bu səbəbdən də Trampın adını daşıyan otel regionda çox gəlir əldə edə bilməz”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə