Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

MTN əməkdaşları sərəncama göndəriləcək – Açıqlama
MTN əməkdaşları sərəncama göndəriləcək – Açıqlama
14 Dekabr 2015 / 23:43 / Baxış sayı: 384
Font1 Font2 Font3 Font4

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması ilə MTN əməkdaşlarının gələcək fəaliyyəti barədə məsələ diqqət mərkəzinə düşüb. 

arxiv.bizimxeber.az Trend.az-a istinadən xəbər verir ki, uzun müddət təhlükəsizlik orqanlarında çalışmış Arzu Nağıyev məsələyə aydınlıq gətirib. 

A.Nağıyev bildirib ki, belə struktur dəyişikliyi olanda bütün heyət sərəncama göndərilir və yeni strukturun formalaşdırılması üçün yenidən ştata qaytarılır: “Ümumiyyətlə, təcrübədə belədir ki, kim layiqdirsə, işi bacarırsa, eyni zamanda kəşfiyyat və əks-kəşfiyyat sistemində səriştəsi varsa, onlara böyük ehtiyac olur və bu istiqamətdə onların ştata qaytarılması məqsədəuyğundur”.

Qeyd edək ki, Azərbaycan Prezident İlham Əliyevin fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb. Yaxın günlərdə MTN əməkdaşlarının sərəncama göndərilməsi prosesinə başlanılacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə