Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nazir əsəbiləşib Saakaşvilinin üzünə su stəkanı atdı
Nazir əsəbiləşib Saakaşvilinin üzünə su stəkanı atdı
15 Dekabr 2015 / 8:24 / Baxış sayı: 524
Font1 Font2 Font3 Font4

Ukraynanın daxili işlər naziri Arsen Avakov Odessa qubernatoru Mixail Saakaşvilinin onu əsəbiləşdirdiyini və onu buna görə “cəzalandırdığını” deyib.

Virtualaz.org saytı Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, A.Avakov M.Saakaşvilinin ittihamlarına cavab olaraq stəakn dolu suyu onun üzünə çırpdığını bildirib. Nazir bu barədə öz facebook səhifəsində məlumat paylaşıb. A.Avakovun yazdığına görə, mübahisə İslahatlar üzrə Milli Şuranın iclasında baş verib. Nazir gürcü qubernatordan Odessa Limanyanı Zavodunun özəlləşdirilməsi ilə bağlı nəyə görə “Uralxim”dən olan rus oliqarxla danışdığını soruşub (Avakov həmin oliqarxın adını açıqlamayıb-red.).

Avakovun sözlərinə görə, Saakaşvili suala cavab vermək əvəzinə “isterik vəziyyətdə bağırmağa başlayıb”. “Halbuki heç kimin mənimlə belə danışmağa ixtiyarı yoxdur” – deyə Avakov yazır.

Ukrayna mətbuatı yazır ki, Saakaşvili naziri “korrupsiyaya uğramış şəxs” adlandırıb, özünü  isə “təmiz adam” kimi tqdim edib. “Mən özümü Saakaşvilini vurmaqdan zorla saxladım, əvəzində isə stəkandakı suyu onun üzünə çırpdım” – deyə Avakov yazır. Nazirin sözlərinə görə, o, bunu Saakaşvili açıq təhqirlərə keçəndən sonra etməyə məcbur olub.

Avakov daha sonra Saakaşvilinin ünvanına ağır təhqiramiz ifadələr işlədib. Onu “ağlını itirmiş populist”, “heç nəyə görə cavabdeh olmayan boşboğaz”, “həyasız”, “davakar əclaf” adalndırıb. Xatırladaq ki, Saakaşvili hələ noyabr ayında Avakovu sərt tənqid edərək onu dövlət pullarını oğurlamaqda suçlamışdı.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə