Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Vergilər Nazirliyi 11 işçini qovdu
Vergilər Nazirliyi 11 işçini qovdu
15 Dekabr 2015 / 13:07 / Baxış sayı: 246
Font1 Font2 Font3 Font4

Nazirlik xəbərdarlıq etdi: “Daha böyük cərimələr olacaq”. “2015-ci ilin bu gününə qədər Vergilər Nazirliyinin 700 işçisi sahibkarlara qarşı qanun pozuntusuna yol verib. Onlardan 11 nəfər işdən qovulub, qalanları isə müxtəlif cəzəlarla cəzalandırılıb”. Bunu Vergilər nazirinin müavini vergilər nazirinin birinci müavini Natiq Əmirov deyib. 

O deyib ki, bu ilin 11 ayında dövlət büdcəsində nəzərdə tutulmuş proqnoz tapşırıqlarına tam olaraq icra edilib. Bu il Vergilər Nazirliyinin xətti ilə 6,5 mlrd. manatın yığılması nəzərdə tutulub.

İ.Vəliyev həmçinin qeyd edib ki, bəzi ticarət mərkəzlərində və ictimai iaşə obyektlərində malların alınması zamanı onun sənədləşdirilməsini sona qədər təmin edə bilmirlər. Buna görə də 18%-lik ƏDV-yə cəlb edilmə zamanı suallar yaranır.

Onun sözlərinə görə, ƏDV, əmlak vergisi, mənfəət vergisi sadələşdirilmiş vergidən qat-qat çoxdur. Sadələşdirilmiş vergi ödəməklə sahibkarın vergi yükü əhəmiyyətli dərəcədə azalır. “Biz vergi yükünü azaldırıq və bəyan edirik ki, əgər sahibkar çek vurmasa, bu dəfə daha böyük cərimələr olacaq. Sahibkar düzgün uçot aparsa, çekini vursa, ona heç bir cərimə tədbiq edilməyəcək”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə