Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Keçmiş arvadını da, özünü də öldürdü – BAKIDA -YENİLƏNİB
Keçmiş arvadını da, özünü də öldürdü – BAKIDA -YENİLƏNİB
15 Dekabr 2015 / 13:11 / Baxış sayı: 200
Font1 Font2 Font3 Font4

Paytaxtda ağır cinayət hadisəsi baş verib 

Daxili İşlər Nazirliyi Bakıda törədilmiş dəhşətli qətl və intiharla bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 14-də Binəqədi rayonu ərazisində yaşayan Samir Axundov evində münaqişə zəminində arvadı Gülnara bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. 

Xəstəxanaya yerləşdirilmiş Gülnar orada ölüb. S.Axundov həmin gün saat 14 radələrində özünü F.Məlikov küçəsində yerləşən 12 mərtəbəli binanın damından atıb. Araşdırmalar aparılır.

*****
10:30

Bu gecə Bakının Binəqədi rayonunda baş vermiş dəhşətli cinayətin təfərrüatı məlum olub.Lent.az-ın əldə etdiyi məlumata görə, 1976-cı il təvəllüdlü Samir Axundov keçmiş həyat yoldaşı, 28 yaşlı Gülnar Axundovanı mübahisə zəminində qətlə yetirib. Belə ki, dünən keçmiş arvadının yaşadığı binanın qarşısına gələn S.Axundov binanın blokunda onunla mübahisə edib. Bu zaman S.Axundov özü ilə gətirdiyi bıçaqla keçmiş həyat yoldaşına bir neçə zərbə endirərək onu öldürüb. Daha sonra piyada şəkildə hadisə yerindən uzaqlaşan 39 yaşlı Samir 7-ci mikrorayon ərazisinə gəlib və buradakı 17 mərtəbəli binaya çıxaraq özünü atıb. O, hadisə yerindəcə keçinib. S.Axundov həmin binada yaşamadığından onun ozünü konkret neçənci mərtəbədən və ya binanın damından atması hələlik dəqiqləşməyib. Qeyd edək ki, Axundovlar ailəsinin 1 azyaşlı övladı qalıb. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda başlanmış cinayətişinin istintaqı davam etdirilir.

***
00:59
APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb. 1976-cı il təvəllüdlü Samir Axundov keçmiş həyat yoldaşı, 1987-ci il təvəllüdlü Gülnar Axundovanı qətlə yetirib. Hadisə Gülnar Axundovanın ərindən ayrıldıqdan sonra  8 mikrorayondakı Nizami Nərimanov küçəsində yaşadığı evdə baş verib. Samir Axundov keçmiş arvadını ürəyindən bıçaqlayıb və boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.

O, dərhal hadisə yerini tərk edib. Qadın təcili tibbi yardım briqadası tərəfindən yaralı vəziyyətdə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Lakin 28 yaşlı Gülnar Axundovanın həyatını xilas etmək mümkün olmayıb və xəstəxanada dünyasını dəyişib. Samir Axundov isə Gülnar Axundovanı bıçaqladıqdan sonra öz evinə qayıdıb. O, evinə qayıtdıqdan sonra yaşadığı mənzilin pəncərəsindən özünü ataraq, intihar edib. Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Cinayətin motivi hələlik məlum deyil.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə