Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Daha iki nazirlik ləğv olunur? – ŞOK GƏLİŞMƏ
Daha iki nazirlik ləğv olunur? – ŞOK GƏLİŞMƏ
15 Dekabr 2015 / 13:22 / Baxış sayı: 716
Font1 Font2 Font3 Font4

Bu gün gözlənilməz şəkildə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib. Belə ki, ölkə başçısının sərəncamı ilə ölkədə “xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə” MTN-in əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Qeyd edək ki, hökumətin müəyyən struktur islahatlarına hazırlaşdığı barədə hələ bir neçə ay öncədən məlumatlar intensivləşib. Hesab olunur ki, ölkənin neft gəlirlərinin kəskin azalması və qlobal iqtisadi böhranın dərinləşməsi bunu qaçılmaz edir.

 

Amma məhz MTN-nin ləğv edilməsi qətiyyən proqnozlaşdırılmırdı. Düzdür, MTN-də son baş verənlər bu quruma ciddi şəkildə “əl gəzdirilməsini” zəruri etmişdi. Amma sözügedən nazirliyin ləğvi və onun əsasında iki ayrı qurumun yaradılması qətiyyən təxmin edilmirdi.

 

Xatırladaq ki, bu il oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalanıb. Bunun ardınca Milli Təhlükəsizlik Nazirliyində genişmiqyaslı həbslər başlayıb. Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyat qrupu MTN-də bir neçə yüksək rütbəli şəxsləri saxlayıb. Onlar Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ağır cinayətlərdə ittiham olunurlar.

 

Qaynar.info-nun əldə etdiyi məlumata görə, MTN-nin ləğvi yalnız bu qurumdakı neqativ hallarla izah edilə bilməz. “Bu həm də hakimiyyətin ölkədə, bölgədə və dünyada yeni, mürəkkəb siyasi və iqtisadi situasiyaya hazırlığı kimi dəyərləndirilməlidir. Hökumət belə bir situasiyanın özünə qarşı çevrilməsi planlarından narahatdır. Eyni zamanda ölkədə sosial-iqtisadi vəziyyət ağırlaşdıqca, vətəndaş təzyiqi arta bilər ki, bu da hökumətdən ötrü arzuolunmaz nəticələr doğurmaması üçün xüsusi xidmət orqanlarının sağlamlaşdırılması, yeni vəziyyətə uyğunlaşdırılması zərurəti doğurur” – deyə məlumatda vurğulanır.

 

İddiaya görə, qarşıdakı mərhələdə daha iki nazirliyin ləğv edilməsi kifayət qədər realdır: “Söhbət Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərindən gedir. Belə ki, birincinin tamamilə ləğv edilməsi, səlahiyyətlərinin İqtisadiyyat və Sənaye Nazirliyi ilə Ekologiya vəTəbii Sərvətlər Nazirliyi arasında bölüşdürülməsi gözlənilir. Səhiyyə Nazirliyinin isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birləşdirilməsi mümkündür. İstisna deyil ki, bu nazirliklərin, eləcə də bir neçə dövlət komitəsinin ləğvi və ya birləşdirilməsi neftin hasilatının kəskin azaldığı, qiymətinin isə sürətlə düşdüyü bir vaxtda həm dövlət xərclərini azaltmağa, həm də böhran dövrünün tələblərinə daha çevik reaksiya verə biləcək yığcam, kompakt bir hökumət kabineti yaratmağa xidmət edir”.

 

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə