Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Emin Ağalarov telekanal açır
Emin Ağalarov telekanal açır
15 Dekabr 2015 / 13:24 / Baxış sayı: 190
Font1 Font2 Font3 Font4

Rusiyada azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov “Russkiy mediaqruppı” QSC-nin səhmdarlarından biri Sergey Kojevnikovla birlikdə telekanal açır. 

“Kommersant” xəbər verir ki, telekanal “Tvoy dom” adlanacaq, təmir, tikinti və planlaşdırma mövzularını əhatə edəcək.

Yeni medialayihə tikinti, dizayn və layihə işləri ilə maraqlanan auditoriya üçün hesablanıb. Sergey Kojevnikov deyib ki, telekanal “Crocus” şirkətlər qrupunun tərkibinə daxil olacaq. Artıq Emin Ağalarovun “ArtQrant” ASC şirkəti yayım lisenziyası almaq üçün sənədləri təqdim edib. Lisenziyanın yanvar ayında veriləcəyi gözlənilir.

Bundan əvvəl xəbər verilmişdi ki Kojevnikovla Ağalarov kabel və peyklə yayımlanan beş telekanal açmağa hazırlaşır. Noyabrın sonlarnda onlar “Xit TV”ni açıblar, ortaqlar bu telekanalda bərabər paya malikdir. Lakin Rusiyada yanvardan qüvvəyə minəcək yeni qanuna görə, Ağalarov bu telekanalda payını azaltmalı olacaq. Çünki o, Rusiya ilə yanaşı Azərbaycan vətəndaşllğına da malikdir. Yeni qanuna görə, xarici vətəndaşlar Rusiyada KİV-in 20 faizdən çox səhminə malik ola bilməz.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə