Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Zərdabda maaş skandalı: 500 işçi 3 aydır, əməkhaqqı almır
Zərdabda maaş skandalı: 500 işçi 3 aydır, əməkhaqqı almır
15 Dekabr 2015 / 14:15 / Baxış sayı: 246
Font1 Font2 Font3 Font4

Zərdab Rayon Mədəniyyət Şöbəsinin 500-dən çox işçisi 3 aydır ki, maaş ala bilmir. Bu barədə Arqument.Az-a rayon sakinləri məlumat vetiblər.

Onların sözlərinə görə, rayon rəhbərliyi də problemlə maraqlanmır: “İcra hakimiyyəti deyir ki, Maliyyə Nazirliyi pulları rayonun büdcəsinə köçürmür. Biz də 3 aydır, maaş almırıq. Mədəniyyət Şöbəsinin müdiri isə hər dəfə söz verir, amma nəticə yoxdur”. 

Sakinlər bildirirlər ki, rayon rəhbərliyi büdcə işçilərinin maaşını mənimsəyir. Amma bunu hansı yollarla etdikləri müəmmalıdır. Vətəndaşları isə qorxudurlar ki, etiraz edənlər ümumiyyətlə işdən qovulacaq. Qeyri-iş günü olduğundan sözügedən qurumların mövqeyini öyrənə bilmədik.

Mövzunu diqqətdə saxlayacağıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə