Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Etibar Pirverdiyev qurumunda ciddi pozuntular – Audit yoxlaması
Etibar Pirverdiyev qurumunda ciddi pozuntular – Audit yoxlaması
15 Dekabr 2015 / 17:26 / Baxış sayı: 898
Font1 Font2 Font3 Font4

Hesablama Palatasının Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş növbəti kollegiya iclasında “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı auditin nəticələri müzakirə edilib.

Auditor bir neçə halda paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması layihəsi üzrə obyektlərin layihə-smeta sənədlərinin podratçı təşkilatın sifarişinə əsasən hazırlandığını, layihə-smeta sənədlərinin hazırlanması xərclərinin podrat müqaviləsinə daxil edildiyini, işlərin yerinə yetirilməsi zamanı podratçıya artıq vəsait ödənildiyini, işlərin və xidmətlərin satın alınması zamanı bəzi hallarda satınalma proseduru tətbiq edilmədən birbaşa müqavilələrin bağlanıldığını bildirib.Auditor, eyni zamanda, bir neçə obyektin başa çatdırılmasına baxmayaraq Dövlət qəbul Komissiyası tərəfindən istismara qəbul olunmadığını, bununla belə, həmin obyektlərin dəyərinin ASC-nin maliyyə hesabatlarında aktivlərə aid edildiyini qeyd edib. Daha sonra auditor rəydə əks etdirilmiş tövsiyələri diqqətə çatdıraraq bildirib ki, ASC tərəfindən bir sıra istiqamətlər, o cümlədən dövlət əsaslı vəsait qoyuluşu üzrə büdcə təkliflərinin Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 17 mart tarixli 239 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə əməl edilməklə tərtib edilməsi, sahə üzrə dövlət investisiya layihələrinin əsaslandırılması, layihə-smeta sənədlərinin müvafiq qaydada ekspertizadan keçirilməsi, dövlət əsaslı vəsait qoyuluşundan və digər dövlət maliyyə resurslarından maliyyələşdirilən tikintilər üzrə sifarişçi funksiyalarının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun həyata keçirilməsi ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi, obyektlərin layihə-smeta sənədlərinin podratçı təşkilatlar tərəfindən hazırlanması, eləcə də, işlər yerinə yetirilmədən uzun müddətə podratçı təşkilatlarda büdcə vəsaitlərini debitor borc kimi saxlamaqla həmin təşkilat üçün əlavə dövriyyə vəsaitinin yaradılması hallarına yol verilməməsi sahəsində nəzarətin gücləndirilməsi zərurəti olduğunu qeyd edib.

Müzakirələrin sonunda kollegiya qərarı səsə qoyularaq qəbul edilib.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə