Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

SDU AMEA- nın iki İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzaladı
SDU AMEA- nın iki İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzaladı
15 Dekabr 2015 / 18:53 / Baxış sayı: 308
Font1 Font2 Font3 Font4

Dekabrın 14-də Sumqayıt Dövlət Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutu, Polimer Materialları İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalandı.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru akademik Dilqəm Tağıyev, AMEA-nın Neft Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, AMEA-nın Polimer Materialları İnstitutunun direktoru, akademik Akif Əzizov SDU-da oldular.

Universitetin rektoru, professor Elxan Hüseynov qonaqları universitetimizdə görməkdən məmnun olduğunu bildirdi və dəyirmi masa ətrafında elmin, təhsilin inkişafına dair birgə fikir mübadiləsi aparıldı.

Sonra Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, əziz xatirəsini dərin ehtiramla yad etdilər.

Universitetin Ümummilli lider Heydər Əliyevin adını daşıyan Mərkəzdə Ulu Öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövr, hakimiyyətdə olduğu illəri əks etdirən fotolar qonaqların marağına səbəb oldu. Rektor bildirdi ki, təhsilimizin inkişafına hər zaman xüsusi diqqət göstərən ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Mərkəzdə əməkdaşlıq müqaviləsinin imzalanması təsadüfi xarakter daşımır. Ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsi, kadr və intellektual potensialın möhkəmləndirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin miras qoyduğu milli təhsil quruculuğu bu gün ölkə Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Rektor ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, əmək bazarı öyrənilməklə universitetdə pedaqoji və mühəndis kadrları hazırlayan yeni ixtisaslar açılmışdır. Xarici dil, riyaziyyat və informatika, tarix və coğrafiya, ibtidai sinif, məktəbəqədər təlim və tərbiyə, kompüter elmi üzrə ixtisaslara tələbə qəbulu həyata keçirilmişdir. Bundan əlavə dörd fakültədə rus dili bölmələri yaradılmışdır.

Rektor Elxan Hüseynov onu da vurğuladı ki, ölkə başcısı cənab İlham Əliyev təhsil, elm sahəsində imzaladığı sərəncam “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” proqramı elmi-texniki infrastrukturun modernləşdirilməsi, elmin, təhsilin və istehsalatın inteqrasiyasının təmin edilməsi, innovasiya fəaliyyəti infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən, texnoparkların, texnoloji mərkəzlərin genişləndirilməsi əsas vəzifə kimi qarşıya qoyulmuşdur.

Bu baxımdan Sumayıt Dövlət Universitetinin bacarıqlı və yüksək intellektə sahib olan tələbələrinin nəzəri biliklərini bu müəssisələrdə təcrübədən keçirməsi məqsədəuyğundur. Sumqayıt Texnologiyalar Parkının və “Azərikimya” İB-nin müəssisələri ilə iş birliyi yaradılmışdır. AMEA-nın Polimer Materialları İnstitutu ilə universitetimiz arasında təhsil-elmi-istehsalat çərçivəsində elmi əməkdaşlıq üzrə istiqamətlər müzakirə edilmiş və hədəflər müəyyənləşdirilmişdir. İnanıram ki,

Akademiyanın prezidenti, akademik Akif Əlizadənin şəxsən iştirakı ilə imzaladığımız əməkdaşlıq müqaviləsi təhsilin elmə, elmin təhsilə inteqrasiyasına təkan verəcəkdir. Müəsissələrin sərəncamında olan elm və maddi-texniki potensialdan, müasir bilik və təcrübədən istifadə etməklə universitetimizdə tədrisin keyfiyyəti daha da yüksələcəkdir.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxışında Sumqayıt Dövlət Universitetində olduğundan məmnunluğunu ifadə etdi və bildirdi ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra elmə və elm adamlarına yüksək dəyər verildiyini və bu gün də bu sahənin prioritet istiqamətlərdən biri olduğunu vurğuladı. Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son illər elm və təhsil sahəsinə göstərdiyi diqqət və qayğı, xalqımız üçün son dərəcə əhəmiyyətli olan hər iki sahə ilə bağlı qəbul etdiyi qərarlar ölkəmizdə elmin, təhsilin inkişafı və onların müasir səviyyədə inteqrasiyası üçün böyük imkanlar yaratmışdır. Bu imkanlardan səmərəli istifadə etməklə AMEA-da elmlə təhsilin vəhdətinin təmin edilməsi, kadr hazırlığı sisteminin müasir standartlara uyğun olaraq təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi hazırda AMEA-nın qarşısında duran əsas vəzifələrdir. Bu gün Sumqayıt Dövlət Universitetində imzalanacaq əməkdaşlıq müqaviləsinin elm və təhsilin inkişafına zəmin yaradacağına böyük ümidlər bəsləyirəm.

Görüş zamanı müəllimlərin və tələbələrin institutlara cəlb edilməsi, müvafiq istiqamətlər üzrə mövcud ixtisaslar arasında elmi-tədqiqat işlərinin, layihələrin hazırlanması və yerinə yetirilməsinə, professor-müəllim heyətinin, doktorant və magistrantların hər iki institutda təcrübə keçməsinə şərait yaradılacağına, hər iki institutun professor və dosentləri tərəfindən universitetimizin magistrantlarına elmi rəhbərliyin təşkili, aparıcı alimlərinin rəhbərliyi ilə kimya elmləri üzrə fəlsəfə və elmlər doktorlarının hazırlanmasına təkan verəcəyi, elmi-tədqiqat işlərinin yerinə yetirilməsi məqsədi ilə Sumqayıt Dövlət Universiteti, AMEA-nın Neft Kimya Prosesləri İnstitutu və Polimer Materiallar İnstitutu tədqiqatçılarının ədəbiyyat və kitabxana materialları ilə təmin ediləcəyi bildirildi. NKPİ-da, PMİ-da və SDU-da müvafiq kafedraların və filialların açılması, tərəflərin elmi və texniki proseslərdə müasir cihaz və qurğulardan geniş istifadə edilməsi, birgə elmi layihələrin və qrantların hazırlanması, əldə edilmiş nəticələrin seminarlarda, konfranslarda müzakirə olunması əlaqələrimizin möhkəmlənməsi ilə yanaşı Azərbaycan təhsilinin və elminin inkişafına töhfələr verəcəyi vurğulandı. Bunlarla yanaşı digər formalar nəzərə alınaraq əməkdaşlıq müqaviləsi imzalandı.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə